30 mindən çox abituriyent imtahana gəlmədi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən Axar.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizəsi təsdiq olunmuş 30 min 300 abituriyentdən 916 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etməyənlərin 764 nəfəri I, 152 nəfəri isə IV ixtisas qrupunun payına düşür.
İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.
Abituriyentlər imtahan nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Nəticələri mobil operatorlar vasitəsilə də öyrənmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 İyul 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















