Icma.az
close
up
RU
30 saatlıq Pasxa atəşkəsinə də əməl olunmadı ANALİZ

30 saatlıq Pasxa atəşkəsinə də əməl olunmadı ANALİZ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Müxtəlif ssenarilər ola bilər, vəziyyət kifayət qədər gərgindir


Rusiya Prezidenti V.Putin Pasxa bayramı səbəbiylə Ukrayna ilə 30 saatlıq atəşkəs  elan etmişdi. Lakin Ukrayna Prezidenti V.Zelenski Rusiyanı bir neçə dəfə atəşkəsi pozmaqda ittiham edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Ukrayna Amerikanın HİMARS raket sistemlərindən istifadə etməklə "Pasxa atəşkəsi"nə əməl etməyib. 

Onun sözlərinə görə, Zelenski administrasiyası mülki enerji infrastrukturunu hədəf alıb. ABŞ Prezidenti Donald Tramp isə Ukrayna və Rusiyanın bu həftə razılaşma əldə edəcəyinə ümid etdiyini deyib: “Bu həftə Rusiya və Ukrayna arasında Ukraynadakı münaqişəyə son qoyacaq bir razılaşma əldə olunacağına ümid edirəm. Hər iki tərəf sonra bərpa olunan və çiçəklənən bir ölkə olan Amerika Birləşmiş Ştatları ilə böyük ticarətə başlayacaq və sərvət qazanacaq!". Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 günlük atəşkəs təklifi irəli sürüb. O, Rusiya ordusunun atəşkəs rejimini iki min dəfədən çox pozduğunu açıqlayıb. Ukrayna prezidenti vurğulayıb ki, ruslar cəbhənin bütün əsas sahələrində atəşkəs vədlərinə əməl etməyiblər və Ukraynanın 30 günlük tam sükutla bağlı təklifinə hələ də cavab verməyiblər: "Atəşkəs mümkündür. Ukrayna mülki infrastruktura ən azı 30 gün müddətində uzaqmənzilli pilotsuz təyyarələr və raketlərlə hər hansı zərbə endirməkdən çəkinməyi təklif edir". Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Sergey Leşenko bildirib ki, Ukrayna nümayəndə heyəti Londonda keçiriləcək danışıqlarda iştirak edəcək: “Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam. Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək”. İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.


Siyasi şərhçi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, Pasxa bayramı ilə bağlı atəşkəs gözdən pərdə asmaq üçün idi. Ekspert vurğulayıb ki, hələ mart ayından etibarən ABŞ Prezidenti D.Tramp Rusiyaya çağırışlar, təzyiqlər edir ki, 30 günlük atəşkəs elan edilsin: 

"Ukrayna tərəfi 30 günlük atəşkəsə razılıq versə də, Rusiya ciddi şəkildə buna qarşı çıxır. Moskva hesab edir ki, 30 günlük fasilə Ukraynaya yenidən dirçəlmək, güc toplamaq üçün şans verəcək. Ona görə də Putin 30 günlük atəşkəs təklifini 30 saatlıq atəşkəslə balanslaşdırmağa çalışdı. Qəribəsi odur ki, atəşkəs elan olunan saata kimi Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdə güclü zərbələr endirdi, hətta bir neçə kəndi də nəzarətə aldılar. Bunun ardınca 30 saatlıq atəşkəs elan olundu. Ancaq Kiyev Moskvanı bir neçə dəfə atəşkəsi pozmaqda suçladı və Rusiyanın zərbələrinə qarşılıq verib. Görünən odur ki, cəbhədə vəziyyət kritik olaraq qalmaqdadır. Təəssüflər olsun ki, ABŞ və digər ölkələrin atəşkəs çağırışları heç bir effekt vermir. Cəbhədə qarşılıqlı hücumlar edilir. Rusiya tərəfi isə danışıqlar masasında üstünlük etmək məqsədilə daha çox ərazi tutmağa çalışır. Məsələ ondadır ki, indiyədək tərəflər arasında baş tutan danışıqlarda, müzakirələrdə nəticə əldə etmək mümkün olmayıb". 


Ə.Şahidov qeyd edib ki, ABŞ ilk günlərdə Ukraynaya, sonrakı mərhələdə Rusiyaya təzyiqlər göstərsə də, istədiyinə nail ola bilmir: 

"Artıq Vaşinqtonun, Donald Trampın ümidlərinin tükəndiyini görməkdəyik. Hətta ötən gün Tramp belə bir açıqlama verdi ki, tərəfləri sülhə çağırmaqlarına baxmayaraq, onun səbri sonsuz deyil. Avropa dövlətləri Ukraynaya dəstəyi artırmaqla yanaşı, quru qoşunlarını göndərməyi də müzakirə edirlər. Müxtəlif ssenarilər ola bilər. İstənilən halda vəziyyət kifayət qədər gərgindir. Eskalasiyanın genişlənməsi riski yüksəkdir. Polşa hərbi büdcəsini maksimum artırıb. Amma sülh üçün hər zaman ümid var. Xüsusən, Türkiyənin vasitəçiliyi ilə danışıqlar baş tutarsa, ən azından 30 günlük atəşkəs əldə olunarsa, növbəti mərhələdə sülh müzakirələri başlaya bilər". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri