30 ukraynalı uşaq Azərbaycana əmanət edildi
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.
Modern.az xəbər verir ki, yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar, uşaqların valideynləri iştirak ediblər.
Səfir Seymur Mərdəliyev bildirib ki, növbəti dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır. Üç ildən çoxdur Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir.
Səfirin sözlərinə görə, qrupa Ukraynanın bir sıra bölgələrindən, o cümlədən Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindən uşaqlar daxildir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
Baxış sayı:102
Bu xəbər 19 Avqust 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















