30 yaşa qədər evlənmək lazımdır Həkimdən tövsiyə
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həkim Yelena Malişeva insanlara 30 yaşa qədər evlənməyi məsləhət görüb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə aif.ru-ya danışıb.
O, gənclərə 30 yaşa qədər ailə qurub uşaq sahibi olmağı tövsiyə edib.
Onun sözlərinə görə uşaq dünyaya gətirmək üçün ən ideal yaş 18-25/26 aralığıdır. Malişeva bildirib ki, 30 yaşdan sonra qadınlarda yumurta hüceyrələrinin sayı azalır, bu da hamilə qalma ehtimalını aşağı salır.
Aparıcı əlavə edib ki, 30 yaşdan yuxarı qadınların dünyaya gətirdiyi uşaqlarda müxtəlif patologiyalara daha tez-tez rast gəlinir:
“Əlbəttə, tibbin imkanları genişdir. Amma təbiət öz qanunları ilə yaşayır”, - deyə o vurğulayıb.
Malişevanın fikrincə, ailə qurmaq və övlad sahibi olmaq məsələsini gecikdirməmək daha sağlam nəticələr verir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 09 Sentyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















