Icma.az
close
up
RU
30 yaşlı konstitusiyamız

30 yaşlı konstitusiyamız

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belə bir fikir illərdir fasiləsiz olaraq səsləndirilir: Konstitusiya dövlətin əsasıdır və dövlətin siyasəti konstitusiya ilə uzlaşdırılaraq yürüdülməlidir. Bütün digər qanunlar, qərarlar və dövlət idarəçiliyi məhz konstitusiyada yazılan prinsiplərə uyğun olmalıdır.

Konstitusiya üç əsas məqsədə xidmət edir:

-Dövlət quruluşunu müəyyən edir- hakimiyyət qolları (qanunverici, icraedici, məhkəmə), onların səlahiyyətləri və necə işlədikləri konstitusiyada təsbit olunur.

-Vətəndaşların hüquq və azadlıqlarını qoruyur- söz azadlığı, vicdan azadlığı, ədalətli məhkəmə hüququ, təhsil hüququ, sosial müdafiə hüququ və digər əsas hüquqlar konstitusiyada əks olunur.

-Dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyir- dövlətin xalq qarşısındakı öhdəlikləri, vətəndaşın hüquqları və vəzifələri, seçki sistemi, bələdiyyələr və sair məsələlər konstitusiyanın əsas predmetidir.

Müstəqil və demokratik Azərbaycan Konstitusiyasının yaranması ideyası ölkənin müstəqillik düşüncəsi, hüquqi dövlət qurmaq iradəsi və cəmiyyətin ədalət, azadlıq, insan hüquqları kimi dəyərlərə söykənən siyasi yönümünün nəticəsi kimi formalaşdı.

Azərbaycan xalqı XX əsrin əvvəlindən demokratik dövlət yaratmaq istəyini açıq göstərmişdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman Şərqində ilk parlamentli respublika oldu. Bu təcrübə sonrakı dövrlərdə demokratik dövlət institutu qurmaq ideyasının əsas tarixi dayağına çevrildi. Bu ənənə 1991-ci ildə müstəqilliyin bərpasından sonra konstitusiya yaratmaq baxımından ciddi ideoloji baza yaratdı.

SSRİ dağıldıqdan sonra Azərbaycan hüquqi və siyasi boşluqda qaldı. Köhnə sovet qanunları demokratik prinsiplərə cavab vermirdi. Ölkənin həm daxilində idarəçilik sisteminə, həm də beynəlxalq aləmdə legitimliyini möhkəmləndirməyə ehtiyac vardı. Bu səbəbdən demokratik konstitusiya ideyası hüquqi dövlət qurmaq, hakimiyyət bölgüsünü müəyyənləşdirmək, iqtisadi və siyasi islahatların hüquqi çərçivəsini yaratmaq məqsədi ilə gündəmə gəldi.

Yeni dövrün tələbi müasir hüquq sisteminə keçid idi. Bunun üçün əsas ideya insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən ali hüquqi sənəd yaratmaq idi. Bu ideya Azərbaycanın beynəlxalq hüquq standartlarına inteqrasiya olunmaq iradəsi ilə də birbaşa bağlı idi. Demokratik konstitusiya həm ölkə daxilində azadlıqları təmin etməli, həm də xarici tərəfdaşlara hüquqi sabitlik göstərməli idi.

Azərbaycan yeni idarəetmə modelinə ehtiyac duyurdu. Prezidentlik institutunun təsbit edilməsi, parlamentin hüquqlarının müəyyənləşdirilməsi, müstəqil məhkəmə sisteminin formalaşdırılması demokratik konstitusiya ideyasının əsas komponentlərinə çevrildi.

1990-1995-ci illər arası ölkə ciddi siyasi böhran, müharibə və daxili çətinliklərlə üzləşmişdi. Konstitusiya ideyasının yaranmasının ən mühüm səbəblərindən biri sabitlik, idarəetmədə aydınlıq və hüquqi nizam yaratmaq ehtiyacı idi. Yeni konstitusiya həm sabitliyi təmin etməli, həm də cəmiyyətin gələcək inkişaf yolunu müəyyən etməli idi…

1993-cü ildən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev dövlətçilik üçün yeni Konstitusiyanın hazırlanmasını siyasi prioritet elan etdi. O dövrdə ölkə xaos içində idi və əsas qanun olmadan heç bir stabil idarəetmə mümkün deyildi.

Konstitusiyanın fundamental olan prinsipləri aşağıdakılardan ibarət idi:

-müstəqillik və suverenlik;

-unitar dövlət modeli;

-xalq hakimiyyəti;

-dünyəvi dövlət;

-insan hüquqlarının prioritetliyi;

-hakimiyyət bölgüsü.

Bütün bunlar Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin təməl elementləri idi.

1994-cü ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Lakin layihənin ideoloji və struktur əsasları bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə formalaşmışdı. O, komissiyanın bütün iclaslarında iştirak edir, maddə-maddə müzakirələri şəxsən idarə edir, hüquqi və siyasi çərçivəni tam dəqiqliklə müəyyənləşdirirdi.

Yeni hazırlanmış konstitusiya sənədi 1995-ci il 12 noyabr referendumunda qəbul olundu. Bu hadisə müstəqil Azərbaycanın hüquqi dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi.

Konstitusiya sonrakı illərdə üç dəfə referendum yolu ilə təkmilləşdirildi. Bu dəyişikliklər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun müasir tələblərə uyğun şəkildə inkişafının göstəricisidir.

Hər il 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi xüsusi olaraq qeyd olunur. Konstitusiya Gününün əhəmiyyəti bir neçə əsas məqamla izah olunur. Sadə dillə desək, bu gün dövlətin hüquqi təməlinin formalaşmasını qeyd etdiyimiz gündür.

Konstitusiya ölkənin bütün qanunvericiliyinin əsasını təşkil edir. Hər bir qanun, qərar və qayda ona uyğun hazırlanır. Bu günü qeyd etməyin mənası odur ki, biz dövlətin hüquqi sisteminin hardan başladığını yada salırıq.

Konstitusiya hər bir şəxsin hüquq və azadlıqlarını qoruyur. Konstitusiya Günü həmin hüquqların dəyərini xatırladır. İnsanın hüququ yalnız yazılı sənəddə deyil, dövlətin özünü buna sadiq hiss etməsində güclü olur.

Belə günlər insanlara siyasi sistemin necə işlədiyini anlamağa təkan verir. Konstitusiya sadəcə mətn deyil; o, cəmiyyətin hansı prinsiplərlə yaşadığının göstəricisidir.

Bu il konstitusiyanın 30 yaşı tamam olur və dövlət səviyyəsində konstitusion dəyərlərin yenidən gündəmə gətirilməsi, maarifləndirmə və hüquqi düşüncənin gücləndirilməsi üçün xüsusi fürsət yaranıb. Bu, sadəcə yubiley deyil, cəmiyyətə mesajdır ki, inkişafın əsası möhkəm hüquqi baza və qanunun aliliyidir.

Bildiyimiz kimi  Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabr ayının 24-də Sərəncam imzamışdır.

Sərəncamda deyilir: “…1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi,  dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır…

…2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstutisiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar  olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilsin…”

Konstitusiya ili dövlət qurumlarını vətəndaşla ünsiyyətdə daha açıq, daha qaydalı işləməyə təşviq edir. Həmçinin vətəndaşlardan da qanunlara sadiqlik, ictimai proseslərdə daha fəal iştirak etmək tələb olunur.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi yalnız yubiley tədbiri deyil. Bu, dövlətin hüquqi düşüncəni gücləndirməyə, hüququn aliliyini artırmağa və konstitusion dəyərləri cəmiyyətə daha dərindən aşılamaya yönəlmiş strateji təşəbbüsdür.

Konstitusiya ilinin mahiyyəti Azərbaycanın dövlətçilik ideyasının möhkəmləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi idarəetmə mədəniyyətinin inkişaf etdirilməsi ilə birbaşa bağlıdır.

İradə Sərdarova
YAP Nəsimi rayon təşkilatının üzvü,
Azərbaycan Dövlət Dillər Universitetinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri