Icma.az
close
up
RU
300 bal toplayan naxçıvanlı şagird: Məqsədim maliyyəçi olmaqdır

300 bal toplayan naxçıvanlı şagird: Məqsədim maliyyəçi olmaqdır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 17 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üçün martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Naxçıvanlı iki şagird maksimum – 300 bal toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin şagirdlərdən biri İbrahim Heydərovdur. O, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alır. İbrahim qazandığı uğurda müəllim və valideynlərinin böyük zəhmətləri olduğunu deyir. “İbtidai sinifdə oxuyandan bəri marağım dəqiq elmlərə idi. Ona görə ixtisas olaraq ikinci qrupu seçdim. Buraxılış imtahanları üzrə sınaqlarda nəticələrim yaxşı idi. 270-300 arası bal toplayırdım. Bu baxımdan valideynlərimin, müəllimlərimin gözləntisi böyük idi və sevinirəm ki, onların etimadını doğrultdum. Ən böyük arzum maliyyəçi olmaqdır. Atam da maliyyə sahəsində çalışıb və mən də onun yolunu davam etdirmək istəyirəm. Üzərimdə əziyyəti keçən müəllimlərimə minnətdarlıq edirəm. İnanıram ki, qəbul imtahanında da istədiyim nəticəyə nail olacağam”, - deyə o bildirib.

İbrahimin atası Xəyal Heydərov övladının yüksək nəticə qazanmasında əsas amili oxuduğu məktəbdə qurulan müasir tədris şəraiti və effektiv təlim metodlarının tədbiqi ilə əlaqələndirir. “İbrahim birinci sinifə gedəndən bu günə kimi dərslərini hər zaman yaxşı oxuyub. Planlı şəkildə çalışaraq, özünə düzgün istiqamət seçmişdi. Təbii ki, qazandığı nəticədə oxuduğu məktəbin də rolu böyükdür. Yeri gəlmişkən deyim ki, İbrahim vaxtilə mən məzun olduğum məktəbdə təhsil alır. Sevinirəm ki, mən qızıl medalla bitirdiyim məktəbi bu gün övladım ən yüksək nəticə ilə başa vurur”, - deyə o vurğulayıb.

“Məktəbin pedoqoji heyətinə təşəkkür edirəm. Orada nizam-intizam, dərsin keyfiyyəti yüksək səviyyədədir, bu gün onun bariz nümunəsini İbrahimin timsalında görürük. İbrahim oxuduğu sinifdə demək olar ki, bütün uşaqlar 200-dən yuxarı bal toplayıblar. Bu da ondan irəli gəlir ki, məktəbdə dərsin keyfiyyəti yaxşıdır. Həm məktəbdə tədrisin keyfiyyəti, eləcə də şagirdin nümunəvi olmağı, çalışqanlığı bu cür uğurlu nəticəyə yol açır. İbrahim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi sınaqlarda da mütəmadi iştirak edirdi və yüksək nəticələr qazanırdı. Buna görə yaxşı bal toplayacağını təxmin edirdik. Çox sevinirəm və bu sevinci bütün valideynlərə arzu edirəm. Şagirdlərə də arzum budur ki, orta məktəbdə verilən tapşırıqları dərindən mənimsəməyə çalışsınlar”, - deyə valideyn Xəyal Heydərov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri