Icma.az
close
up
RU
300 hərbçi Rusiyadan Ukraynaya qaytarıldı Daha bir əsir mübadiləsi baş tutdu

300 hərbçi Rusiyadan Ukraynaya qaytarıldı Daha bir əsir mübadiləsi baş tutdu

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mübadilə tərəflər arasında razılaşdırılmış “500-ə 500” formulu çərçivəsində iki mərhələdə baş tutub.

Martın 5-də keçirilən ilk mərhələdə hər iki tərəf 200 hərbçini azad edib. Martın 6-da isə prosesin ikinci hissəsi baş tutub və tərəflər daha 300 nəfəri bir-birinə təhvil veriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu mübadilə nəticəsində Ukrayna 300 hərbçi ilə yanaşı iki mülki vətəndaşını da geri qaytara bilib.

“Naş vyxod” hüquq müdafiə hərəkatının koordinatoru Irina Krynina isə “Novaya qazeta Evropa” nəşrinə açıqlamasında qeyd edib ki, Rusiyaya qaytarılan hərbçilərin 54 faizi 2025-ci ildə, 43 faizi isə 2024-cü ildə əsir düşüb.

Onun sözlərinə görə, Rusiyaya qayıdan bəzi hərbçiləri məyusluq gözləyə bilər: “Bir çoxu evlərinə deyil, Moskva vilayətində yerləşən hərbi hissələrdən birində kazarmaya göndərilə bilər. Daha sonra isə yenidən öz bölmələrinə qaytarılıb cəbhəyə göndərilmələri mümkündür”.

Krynina bildirib ki, “Naş vyxod” təşkilatına artıq yüzlərlə rusiyalı müraciət edib. Onların sözlərinə görə, əvvəllər əsirlikdən qaytarılmış yaxınlarını hərbi komandanlıq yenidən döyüşə göndərməyə çalışır.

Məlumata görə, əsir mübadiləsi tərəflər arasında Cenevrədə keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Mart 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri