300 minlik maşın sürür, amma nə sağa dönə bilir, nə də sola 10 PP 702 VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda sürücünün törətdiyi bir neçə kobud qayda pozuntusu avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə martın 8-də, paytaxtın Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində qeydə alınıb.
Belə ki, 10-PP-702 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolayrıcından sola dönəcəyini bilə-bilə yolun sağ zolağı ilə hərəkət edib. O, son anda sola dönərək manevr qaydasını pozub. Eyni zamanda yüksək sürətlə hərəkət etməsi də aydın şəkildə videogörüntüyə əks olunub.
Sürücü eyni hərəkəti Azadlıq prospektinə dönən hissədə təkrarlayıb. Sağa - Zərifə Əliyeva küçəsinə dönəcəyini bilsə də sol zolaqda yerləşib və son anda soldan sağa dönüb. Bununla kifayətlənməyən sürücü sağa - Rəşid Behbudov küçəsinə dönən hissədə də eyni kobud səhvə yol verib. Sol zolaqdan birbaşa sağa dönərək Rəşid Behbudov küçəsi istiqamətinə hərəkət edib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















