Icma.az
close
up
RU
300 minlik qoşun hazırlığı təşviş yaratdı Hərbi xidmətə məcburi çağırış...

300 minlik qoşun hazırlığı təşviş yaratdı Hərbi xidmətə məcburi çağırış...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Agence France-Presse”nin (AFP) məlumatına görə, Avropa ölkələri icbari hərbi xidmətin bərpası imkanlarını müzakirə edir. Hərbi ekspertlər vurğulayırlar ki, Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-ın azalan dəstəyi kontekstində Rusiyaya qarşı effektiv mübarizə apara bilməsi üçün onlara 300 minə qədər yeni hərbçi lazım ola bilər.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, uzun bir dövr ərzində öz təhlükəsizliklərini faktiki olaraq ABŞ-a həvalə edən Avropa indi Trampın atdığı addımlar və qəbul etdiyi qərarlarla çıxılmaz vəziyyətlə üzləşib:

“Ağ Evin Avropa ölkələrinə qarşı artan təzyiqi, NATO-nun özünün mövcudluğunu davam etdirib-etdirməyəcəyi ilə bağlı narahatlıq fonunda Avropanın öz təhlükəsizliyini təmin etmək istiqamətində konkret addımlar atması zəruridir. Buraya Avropanın Ukraynanın da təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisinə qoşun göndərmək niyyətlərini də əlavə etdikdə, hərbi və müdafiə sahəsində müvafiq islahatların aparılmasının zəruriliyi qaçılmaz olur. Bu islahatlar təbii olaraq özündə həm ABŞ-dan müstəqil kəşfiyyat sisteminin qurulmasını, yeni silah və texnika alışlarını, həm də hərbi personalın, əsgər sayının artmasını ehtiva etməlidir. Lakin problem ondadır ki, Avropa ölkələrində icbari hərbi xidmətin bərpası məsələsinə baxışlar fərqlidir. Məsələn, Fransada respondentlərin 68 faizi, Almaniyada 58 faizi icbari hərbi xidməti dəstəklədikləri halda İspaniyada əksəriyyət bunun əleyhinədir.

Rəşad Bayramov

Böyük Britaniya və İtaliyada icbari hərbi xidmət əleyhdarları və tərəfdarları demək olar ki, yarıya bölünüb. Xorvatiya artıq bu ilin yanvarın 1-dən icbari hərbi xidməti bərpa edib. Danimarka, Estoniya, Finlandiya, Litva, Moldova və Norveçdə onsuz da hərbi xidmət icbari qaydada həyata keçirilir.

Yəni başqa sözlə desək, bu məsələyə dövlətlərin münasibəti fərqli olduğu üçün vahid qərarın qəbul olunması sual altındadır. Düşünürəm ki, indiki mərhələdə dövlətlər bu istiqamətdə qərarı ayrı-ayrılıqda öz maraqlarına uyğun olaraq qəbul edəcəklər. O ölkələrdə ki icbari hərbi xidmətin bərpasına əhalinin etirazı olmayacaq və bu, hakimiyyətin reytinqinə mənfi təsir etməyəcək, onlar bu şəkildə qərarı qəbul edə bilərlər. Digərləri isə bundan imtina edərək gözləmə mövqeyində qalacaqlar. Vahid qərarın qəbulu ancaq real təhlükə halında mümkün ola bilər. Başqa sözlə, Rusiyadan hər hansı təhlükə olarsa və ya hökumətlər öz vətəndaşlarını buna inandıra bilərsə, o zaman Avropa ölkələri yekdilliklə icbari hərbi xidmətin bərpası haqqında qərar qəbul edə bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri