Icma.az
close
up
RU
300 yaşı olan nəhəng su heyvanı tapılıb

300 yaşı olan nəhəng su heyvanı tapılıb

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Nəhəng su canlısı mərcan aşkar edilib. Sözügedən canlı uzunömürlü heyvan kimi deqradasiyaya uğramadan Fransa imperatoru Napoleon dövründən bəri yaşadığı Süleyman adalarının sularında tapılıb.
Reyting.az
xəbər verir ki, bu nəhəngin ölçüləri heyrətamizdir. Mərcanın eni 34, uzunluğu 32, hündürlüyü 5,5 metrdir.
Qeyri-adi orqanizmin təxminən 300 yaşı olduğu deyilir ki, bu da canlının Napoleon dövrünün şahidi olduğunu və əhəmiyyətli ekoloji dəyişikliklərdən sağ çıxdığını göstərir.
Nəhəng mərcanı "National Geographic"-in təşkil etdiyi "Pristine Seas" ekspedisiyası tapıb.
Tanınmış videoqraf və araşdırmaçı Manu San Feliksin rəhbərlik etdiyi tədqiqatçılar qrupu digər batmış obyekti axtardıqları ərəfədə təsadüfən bu canlıya rast gəlib.
Bildirilir ki, mərcan indiyədək heç vaxt belə ölçülərə çatmayan nadir "Pavona clavus" adlı növə aiddir.
"Bu boyda nəhəng və həmçinin qədim bir varlıq görmək ruhlandırıcıdır",- deyən San Feliks mərcanın ətraf mühitdəki dəyişikliklərə qarşı çox əla və dayanıqlı olduğunu bildirib.
Məlum olduğu kimi, mərcanlar da canlı orqanizm sayılır. Üstəlik, belə mərcanların demək olar ki, çoxu tez-tez iqlimdən qaynaqlanma səbəbindən suyun temperaturundakı dəyişikliklərdən təsirlənərək ölürlər. Bununla belə, Süleyman adalarının dayaz sularında olan qaya okean istiləşməsinin, çirklənməsinin təsirləri altında olsa da, öz bütövlüyünü qoruyub saxlaya bilib.
Qeyd olunur ki, bu nəhəng mərcan vahid bir orqanizmdə birləşmiş milyonlarla polipdən ibarətdir. Onun uzunömürlülüyü, həmçinin ölçüsü mərcan riflərinin biomüxtəlifliyini və sahil ekosistemlərinin qorunmasının nə qədər vacib olduğunu göstərir.
Onu da qeyd edək ki, Süleyman adalarının yerli icmaları artıq dəniz mühafizəsini gücləndirmək üçün hökumətə müraciət ediblər.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Yanvar 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri