Icma.az
close
up
RU
31 ci Bakı Enerji Forumu başa çatıb YENİLƏNİB VİDEO

31 ci Bakı Enerji Forumu başa çatıb YENİLƏNİB VİDEO

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumu öz işini tamamlayıb.

AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi”, potensialın artırılmasına dair sessiyalar, “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi”, “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika”, “Enerji körpüləri: Yaşıl enerjidən regional inteqrasiyaya” mövzuları müzakirə olunub.

Əsas məruzəçi qismində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir.

“Bizim əsas prioritetimiz region üzrə müştərilərimizi dayanıqlı və etibarlı şəkildə enerji ilə təmin etmək, eyni zamanda, regional enerji təhlükəsizliyinə töhfə verməkdir. Bu, şirkət olaraq fəaliyyətimizin əsas fəlsəfəsidir, dəyişməyib və gələcəkdə də dəyişməyəcək. Əsas məsələ ondan ibarətdir ki, biz bu təchizatlara daha çox necə töhfə verə və regionun enerji təhlükəsizliyini daha da gücləndirə bilərik. Ötən illə müqayisədə bu il təchizat coğrafiyamız haqqında danışarkən artıq təkcə Avropa, Gürcüstan və Türkiyəni nəzərdə tutmuruq. Bu siyahıya Suriya da əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir”, - deyə o qeyd edib.

SOCAR-ın prezidenti bildirib ki, hazırkı şəraitdə tərəfdaşlarımız daha çox qaz həcmlərinə ehtiyac duyurlar, lakin bu təchizatın dayanıqlı və etibarlı şəkildə həyata keçirilməsi də eyni dərəcədə vacibdir. Mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. İndi bizim və tərəfdaşlarımızın qarşısında duran vəzifə istehsal planlarının nəzərdə tutulmuş proqramlara uyğun şəkildə irəliləməsini təmin etməkdir. Bu, regiondakı tərəfdaşlarımıza daha çox qaz həcmlərinin çatdırılmasına imkan verəcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli çıxışında bildirib ki, bp Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi və hasilatın artırılması məqsədilə investisiyalarını davam etdirir.

Cio Kristofoli qeyd edib ki, bp tam elektrikləşdiriləcək yeni qurğunun yaradılmasına 2,9 milyard dollar investisiya yatırır.

“Regionda bu səviyyədə mürəkkəbliyə malik ilk layihələrdən biridir. Mürəkkəb geoloji şəraitdə hasilatın təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni texnologiyalar tətbiq olunur. Texnologiya, investisiya və peşəkar insan resurslarının birləşdirilməsi enerji layihələrinin uğurunun əsas şərtlərindəndir”,- deyə o qeyd edib.

“GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov diqqətə çatdırıb ki, Xəzər regionu olduqca perspektivli bir enerji məkanıdır: “Xüsusilə Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir”.

Asif Zeynalov qeyd edib ki, burada həm ənənəvi, həm qeyri-ənənəvi ehtiyatlar, həm neft, həm qaz, həm də yetkin və kəşfiyyat mərhələsində olan yataqlar mövcuddur. Hələ də qiymətləndirilməmiş çoxsaylı imkanlar qalır. Ölkənin Orta Dəhlizin mərkəzində yerləşməsi logistika və təchizat zəncirləri baxımından mühüm üstünlüklər yaradır. Azərbaycan sabitliyi ilə özünü sübut etmiş bir ölkədir, bu amil investorlar və operatorlar üçün xüsusi cəlbedicilik yaradır. Digər mühüm üstünlük isə mövcud infrastrukturun inkişaf etmiş olmasıdır. Boru kəmərləri sistemi artıq fəaliyyət göstərir və yeni investorlar böyük həcmdə ilkin kapital yatırmadan bu imkanlardan yararlana bilirlər.

“Hesab edirik ki, xüsusilə yetkin yataqlarda hələ də böyük potensial mövcuddur. Müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, kapitalın səmərəli idarə olunması və təşkilati imkanların inkişaf etdirilməsi sayəsində bu potensialı reallaşdırmaq mümkündür. Bu gün Azərbaycana böyük optimizmlə baxırıq. İnanırıq ki, peşəkar idarəetmə və daha sıx əməkdaşlıq vasitəsilə enerji sektorunun növbəti inkişaf mərhələsinə keçmək və əlavə dəyər yaratmaq mümkündür. Mənə görə, əməkdaşlıq gələcək uğurun əsas açarlarından biridir və bu istiqamətdə görüləcək işlər hələ çoxdur”, - deyə baş icraçı direktor əlavə edib.

INPEX-in Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono öz növbəsində bildirib ki, Azərbaycanla tərəfdaşlıq INPEX-in uzunmüddətli enerji strategiyasında mühüm yer tutur.

Onun sözlərinə görə, şirkət fəaliyyətində texnologiyaların tətbiqinə, yerli həllərin inkişafına və enerji sahəsində yeni təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir.

“Azərbaycanla tərəfdaşlığımız vasitəsilə həm enerji keçidinə töhfə verməyə, həm də uzunmüddətli dayanıqlı nəticələr əldə etməyə çalışırıq. Uzunmüddətli uğurun əsas şərtlərindən biri etibarlı tərəfdaşlıqların qurulmasıdır. Enerji keçidinin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün tərəfdaşlar arasında dialoqun davam etdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi vacibdir”,- deyə Munehiro Hosono bildirib.

SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Steve Gassen qeyd edib ki, SOCAR ilə əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyaların tətbiqi enerji layihələrinin səmərəliliyinin artırılmasına imkan yaradır.

O bildirib ki, enerji sektorunda ən son rəqəmsal texnologiyaların tətbiqi yataqların daha səmərəli işlənilməsinə və hasilat proseslərinin optimallaşdırılmasına mühüm töhfə verir.

“SLB SOCAR ilə əməkdaşlıq çərçivəsində müxtəlif inkişaf layihələrini dəstəkləyir və bu istiqamətdə innovativ həllərin tətbiqinə xüsusi önəm verir. Tarixən tam işlənilməmiş yataqların inkişafında rəqəmsal texnologiyalar mühüm rol oynayır. Layihələrin yekun investisiya qərarına doğru irəliləməsi ilə yeni imkanlar yaranacaq”,- deyə o bildirib.

“Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri çıxışında bildirib ki, süni intellekt texnologiyaları enerji sektorunda səmərəliliyin artırılması və proseslərin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır.

O bildirib ki, enerji sənayesi uzun illərdir qabaqcıl texnologiyalardan və yüksək hesablama imkanlarından istifadə edən sahələrdən biridir.

“Bununla yanaşı, süni intellektin inkişafı sektorda yeni transformasiya mərhələsinin başlanmasına şərait yaradır. Süni intellekt müxtəlif istiqamətlərdə tətbiq oluna bilər və xüsusilə proqnozlaşdırma, qərar qəbuletmə və əməliyyat proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır. Bu texnologiyaların tətbiqi enerji sektorunda innovasiyaların sürətlənməsinə və yeni inkişaf imkanlarının yaranmasına töhfə verəcək”,- deyə o diqqətə çatdırıb.

Energetika nazirinin müavini Elnur Soltanov “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

O bildirib ki, enerji səmərəliliyi ilə bağlı proseslərin sürətləndirilməsi üçün dövlət korporasiyaları, özəl şirkətlər və digər qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

“Bu istiqamətdə aparılan müzakirələr və təcrübə mübadiləsi sənaye üzrə yeni yanaşmaların formalaşmasına kömək edə bilər. Əsas məqsəd enerji səmərəliliyi tədbirlərinin praktik tətbiqini genişləndirmək və əldə olunan nəticələri müxtəlif sektorlar üzrə paylaşmaqdır”,- deyə o bildirib.

Elnur Soltanov əlavə edib ki, enerji keçidi prosesinin uğuru bütün maraqlı tərəflərin birgə fəaliyyəti və davamlı əməkdaşlığından asılıdır.

“ESCON Enerji A.Ş.”nin baş icraçı direktoru və EYODER-in rəhbəri Onur Ünlü bildirib ki, Türkiyədə enerji səmərəliliyi sahəsində həyata keçirilən layihələrə yatırılan investisiyaların həcminin artırılması hədəflənir.

O bildirib ki, enerji səmərəliliyi Türkiyə üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə islahatlara 2000-ci illərin əvvəllərindən başlanılıb. Onun sözlərinə görə, 2007-ci ildə qəbul edilən Enerji Səmərəliliyi Qanunu bu sahədə fəaliyyətin genişlənməsinə və müəssisələrdə enerji idarəetmə mexanizmlərinin formalaşmasına təkan verib.

Onur Ünlü qeyd edib ki, hazırda Türkiyə bazarında Energetika Nazirliyi ilə əməkdaşlıq edən onlarla enerji səmərəliliyi xidmətləri göstərən şirkət fəaliyyət göstərir.

“Bu şirkətlər sənaye müəssisələrində enerji istifadəsinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində mühüm rol oynayır. Hazırda enerji səmərəliliyi tətbiqlərinə təxminən 2 milyard dollar investisiya yatırılıb və qarşıdakı dövrdə bu göstəricinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır”,- deyə o əlavə edib.

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı diqqətə çatdırıb ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) artıq sadəcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdır.

“Kəşfiyyat fəaliyyətləri vacibdir və hasil olunan ehtiyatların əvəzlənməsi üçün zəruridir. Lakin sənayedə baş verən əsas dəyişiklik mövcud aktivlərdən maksimum səmərə əldə etmək istiqamətindədir. Bunun ən yaxşı nümunələrindən biri “Azəri-Çıraq-Günəşli” layihəsidir. Təkcə dünən AÇG-də qaz layihəsinin uğurla həyata keçirilməsini qeyd etdik. Maraqlıdır ki, AÇG son 30 il ərzində dünyanın ən böyük neft yataqlarından biri kimi tanınıb. Lakin artıq ona yalnız neft yatağı kimi baxmaq düzgün olmazdı. Bu gün AÇG-ni neft və qaz istehsalını özündə birləşdirən strateji enerji infrastrukturu kimi qiymətləndiririk”, - deyə o qeyd edib.

Babək Hüseynov bildirib ki, AÇG kimi yetkin yataqlarda belə, bütün mövcud texnologiyaların artıq tətbiq olunduğunu düşünmək düzgün olmazdı: “Əksinə, hələ böyük potensial mövcuddur. SOCAR olaraq region operatorlarına ünvanladığımız əsas çağırışlardan biri üfüqi və çoxşaxəli quyuların daha geniş tətbiqi idi. Operator tərəfdaşlarımız bu çağırışı qəbul etdilər və ötən il hər iki texnologiya AÇG-də uğurla tətbiq olundu. Artıq AÇG-də üfüqi quyular qazılır və yataq tarixində ilk dəfə çoxşaxəli quyu texnologiyası tətbiq edilib. Bu texnologiyaların əhəmiyyətini nəzərə alsaq, onların yatağın gələcək inkişafı üçün yeni imkanlar açdığı aydın görünür. Daha əvvəl əlçatmaz hesab edilən ehtiyatlara çıxış əldə edilir, hasilat səmərəliliyi artır və yatağın inkişafı üçün tamamilə yeni perspektivlər formalaşır. Bu texnologiyalar AÇG kimi nəhəng yataqların növbəti inkişaf mərhələsinə keçidində mühüm rol oynayacaq”.

“SOCAR Upstream Management International LLC” şirkətinin icraçı direktorunun müşaviri Ayaz Əmirov bildirib ki, yeni texnologiyalar və süni intellektdən istifadə müasir zamanın çağırışıdır və buna hazır olmaq lazımdır. Yeni texnologiyaların geniş sahələrdə tətbiqi üçün ilk növbədə data mərkəzlərin yaradılması lazımdır.

“TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon öz çıxışında bildirib ki, “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq: “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi icra olunur. Üç il əvvəl biz layihənin birinci mərhələsini - erkən hasilat mərhələsini işə saldıq. Bu mərhələnin əsas məqsədi hasilata başlamaq, yatağın davranışını müşahidə etmək və əldə olunan məlumatlar əsasında gələcək inkişaf planlarını formalaşdırmaq idi. Bu gün artıq əminliklə deyə bilərik ki, yatağın davranışı gözləntilərimizə tam uyğun olub”.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Qeyd edək ki, bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alıb.

Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunub. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə ediblər.

Foto - Səfiyar Məcnun

Operator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri