Icma.az
close
up
RU
31 əvvəl anonsu verildi: döyüşə onlar gedə bilər İnanılmaz yenilik

31 əvvəl anonsu verildi: döyüşə onlar gedə bilər İnanılmaz yenilik

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Tesla”nın rəhbəri İlon Mask yaxın illərdə “Optimus” adlı insanabənzər robotlardan ibarət “ordu” yaratmağı planlaşdırır. Gələn ilin sonuna qədər istehsalına başlanması gözlənilən bu robotların gələcəkdə hərbi məqsədlərlə istifadə olunacağı da istisna edilmir. Son vaxtlar ABŞ, Rusiya və Avropa arasında artan gərginlik fonunda “insansız ordu” anlayışı artıq reallığa çevrilə bilər.

Robotlardan ibarət ordu yaradılması nə dərəcədə mümkündür? 

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, robotlardan ibarət orduların yaradılması yeni ideya deyil:

“1994-cü ildən başlayaraq əvvəlcə ABŞ-da, sonra Böyük Britaniyada robotların döyüşlərdə istifadəsinə həsr olunmuş çoxsaylı şoular və bir neçə serial nümayiş etdirilib. Ardınca “Robotların müharibəsi” adlı bədii film də çəkilib və burada 2041-ci ildə dünya ordularında robotların döyüşdüyü göstərilib. Bu, o dövr üçün fantastik görünə bilərdi, amma hipotetik olaraq mümkündür və indiki inkişaflar da bunu təsdiqləyir. Onsuz da müxtəlif sahələrdə – mina təmizləmədən fərdi şəxslərin zərərsizləşdirilməsinə, izlənilməyə və döyüş sahəsindən yaralıların çıxarılmasına qədər robotlardan istifadə olunur. Məsələn, Azərbaycanın “Improtex” şirkəti döyüş sahəsində mina təmizləmək üçün həm tank, həm də piyada əleyhinə dronlar istehsal edib və onlardan Ukraynaya da ixrac olunub. Eyni şirkət yaralıları döyüş meydanından çıxaran dronlar da istifadəyə verib və onların ixracı barədə qeyri-rəsmi məlumatlar mövcuddur”.

Ədalət Vediyev

Ekspert qeyd edib ki, robotlardan ibarət ordu yaradılması mümkündür:

“Bütün vəzifələri əvəz etməsə də, ordunun yerinə yetirdiyi bir çox funksiyaları robotlar və süni intellekt vasitəsilə həyata keçirmək tamamilə realdır. Məsələn, Türkiyənin STM şirkətinin istehsal etdiyi zərbə tipli pilotsuz uçan aparatların bəzi modelləri avtonom şəkildə düşməni izləyib zərərsizləşdirə bilir. Bu nümunələr göstərir ki, dronlar və robotların ordularda istifadəsi gələcəkdə daha da genişlənəcək”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri