Icma.az
close
up
RU
“3+1” formatında strateji axtarışlar

“3+1” formatında strateji axtarışlar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Zelenskinin Avropa səfəri nəyə xidmət edir?

Rusiya-Ukrayna müharibəsi beşinci ilinə doğru irəlilədikcə, münaqişənin siyasi və diplomatik ölçüləri hərbi cəbhədə baş verən hadisələr qədər əhəmiyyət qazanmağa başlayır. Son aylar müşahidə olunan proseslər göstərir ki, müharibə artıq beynəlxalq diplomatiya masasında da yeni mərhələyə qədəm qoyub.

Bazar günü sözügedən məsələ ilə bağlı Londonda keçirilən görüş mövcud vəziyyətin təzahürüdür. Mahiyyət etibarilə “3+1” formatlı görüşdə Avropanın üç əsas siyasi və hərbi gücü hesab olunan Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gələrək müharibənin gələcək diplomatik perspektivlərini müzakirə ediblər. Görüş çərçivəsində Zelenskinin səsləndirdiyi fikirlər rəsmi Kiyevin yeni strategiyasının əsas konturlarını ortaya qoydu. Görünür, Zelenski anlayıb ki, müharibənin əvvəlində mövcud olan beynəlxalq həmrəylik əvvəlki səviyyədən xeyli fərqlənir. Çünki qlobal gündəmdə yeni böhranlar meydana çıxıb, böyük güclərin diqqəti müxtəlif regionlara bölünüb. Ukrayna məsələsi artıq əvvəlki kimi Qərb siyasətinin yeganə prioritet istiqaməti sayılmır. Belə şəraitdə Zelenski müharibənin taleyini hərbi yardımların həcminə bağlamağın riskli olduğunu dərk edir və diplomatik fəallığı artırmağa çalışır.

Londonda keçirilən görüşün mühüm məqamlarından biri Ukrayna məsələsinin Avropa təhlükəsizliyi kontekstində yenidən təqdim olunması idi. Zelenski ABŞ-da daxili siyasi proseslər, Yaxın Şərqdə artan gərginlik və digər beynəlxalq problemlərin Vaşinqtonun diqqətini fərqli istiqamətlərə yönəltdiyinin fərqindədir. Bu səbəbdən o, Avropanın təşəbbüsü öz üzərinə götürməsini istəyir. Əslində, son bəyanatlar göstərir ki, Kiyev ABŞ-ın liderliyinə güvənən strategiyasından uzaqlaşmağa başlayıb və Avropanı münaqişənin gələcək həll mexanizmlərinin mərkəzinə gətirməyə çalışır. Zelenskinin görüşdən bir neçə gün öncə Putinə ünvanladığı açıq məktub da bu siyasətin tərkib hissəsidir. Zelenski məktubunda Putinlə görüş keçirməyi təklif edib. Lakin, bu zaman Rusiya liderinin ünvanına bir sıra ittihamlar səsləndirib. Putin isə cavabında hələlik şəxsi görüş keçirməyin mənasını görmədiyini bildirib. Onun köməkçisi Yuri Uşakov sonradan Zelenskinin məktubunun “bir neçə səhifə kobud ifadələrdən ibarət olduğunu” söyləyib.

Qısa bir xatırlatma edək ki, son illər Avropada Ukraynaya dəstəyin davam etdirilməsi məsələsi əvvəlki qədər birmənalı qarşılanmır. Müharibənin iqtisadi nəticələri, enerji qiymətlərindəki dəyişikliklər və sosial problemlər bir sıra ölkələrdə hökumətlər üzərində əlavə təzyiq formalaşdırır. Bu şəraitdə Kiyev öz tərəfdaşlarını inandırmalıdır ki, müharibənin uzanmasına görə məsuliyyət Rusiyanın üzərindədir. Zelenskinin diplomatik təşəbbüsləri məhz bu məqsədə xidmət edir. Londonda səsləndirilən fikirlərdən görünür ki, Ukrayna rəhbərliyi təhlükəsizlik zəmanətləri məsələsini gələcək danışıqların əsas elementi kimi görür. Bundan başqa, Ukrayna rəhbərliyi hesab edir ki, hər hansı müvəqqəti razılaşma gələcəkdə yeni müharibənin başlanması riskini daşıyır. Ona görə də rəsmi Kiyev hüquqi öhdəliklərə əsaslanan beynəlxalq təhlükəsizlik mexanizmləri tələb edir. Amma mövcud yanaşma münaqişənin daha geniş geosiyasi çərçivədə müzakirə olunmasına gətirib çıxarır.

Avropa liderlərinin bəyanatlarında diqqətçəkən məqamlardan biri də çoxmillətli qüvvələrin yerləşdirilməsi ideyasının gündəmə gətirilməsidir. Bu təklif hələlik nəzəri xarakter daşısa da, Avropanın Ukrayna məsələsində daha fəal rol almağa hazırlaşdığını göstərir. Eyni zamanda, belə təşəbbüslər Moskva tərəfindən təhlükəsizlik balansının dəyişdirilməsi kimi qəbul oluna bilər ki, bu da gələcək danışıqları daha mürəkkəb edir. Zelenskinin Londondakı çıxışlarında hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərə ehtiyac olduğunu vurğulaması da təsadüfi deyil. Kiyevin məntiqinə görə, diplomatiya güclü müdafiə potensialı ilə dəstəkləndiyi halda effektiv nəticə verə bilər. Buna görə Zelenski danışıqlarla yanaşı, Qərbdən yeni silah paketi istəyir.

Yeri gəlmişkən, müharibənin hazırkı mərhələsində Ukrayna rəhbərliyinin qarşılaşdığı əsas problemlərdən biri beynəlxalq diqqətin azalmasıdır. Yaxın Şərqdə baş verən hadisələr, Asiya-Sakit okean regionundakı gərginlik və qlobal iqtisadi qeyri-müəyyənlik Ukrayna məsələsinin informasiya gündəmində əvvəlki yerini qorumasını çətinləşdirib. Zelenskinin son diplomatik fəallığı, müəyyən mənada, bu tendensiyanın qarşısını almaq məqsədi daşıyır. O, müharibənin beynəlxalq gündəmdə qalmasını və tərəfdaş ölkələrin diqqətinin dağılmamasını təmin etməyə çalışır.

Sonda bu qənaətə gəlmək olar ki, London görüşü və ardınca verilən bəyanatlar Ukrayna diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir. Zelenski Avropanın siyasi liderliyinin gücləndirilməsinə çalışır. Onun yeni planı Ukraynanı beynəlxalq gündəmin mərkəzində saxlamaq, Qərb ölkələrinin dəstəyini qorumaq və mümkün danışıqlar prosesində öz mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. Həmin strategiyanın nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

Mətin MƏMMƏDLİ,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində şöbə müdiri

Hazırda kəskin hərbi qarşıdurma davam etsə də, perspektivdə münaqişənin diplomatik yolla həlli istisna edilmir. Bununla belə, indiki mərhələdə müharibənin yaxın zamanda dayanacağına və tərəflərin dərhal kompromisə gələcəyinə inanmaq mümkün deyil. Bu ehtimal olduqca aşağıdır. Çünki Ukrayna və Rusiya hakimiyyətləri arasında bir sıra prinsipial məsələlər üzrə kəskin mövqe fərqləri mövcuddur. Məsələn, Ukrayna üçün əsas prioritetlər ərazi bütövlüyünün bərpası və təhlükəsizlik təminatlarıdırsa, Rusiya bu məsələlərə fərqli yanaşır. Belə şəraitdə tərəflərin yaxın zamanda kompromisə gəlməsi real görünmür və buna görə də hazırkı mərhələdə danışıqlar ehtimalını zəif hesab edirəm.

Gələcəkdə isə bu, mümkündür. Tarixə və müxtəlif münaqişələrin gedişinə baxdıqda görürük ki, istənilən müharibə və qarşıdurma sonda ya danışıqlar, ya da diplomatik razılaşmalar vasitəsilə müəyyən şəkildə tənzimlənir. Rusiya-Ukrayna müharibəsinin də istisna təşkil etməyəcəyi ehtimal olunur. Lakin prosesin necə nəticələnəcəyi, hansı şərtlərlə yekunlaşacağı və hansı geosiyasi reallıqların formalaşacağı hələlik dəqiq deyil.

Müharibənin nəticələri, ilk növbədə, hərbi əməliyyatların gedişindən asılı olacaq. Çünki cəbhədəki vəziyyət birbaşa siyasi qərarların formalaşmasına təsir göstərir. Hazırkı status-kvoya baxdıqda görürük ki, tərəflərdən heç biri mütləq üstünlük əldə etməyib. Doğrudur, son vaxtlar Rusiya müəyyən taktiki üstünlüklər qazanaraq bəzi ərazilərə nəzarət edə bilib. Lakin müharibənin başlanğıcında bəyan etdiyi strateji məqsədlərə tam şəkildə nail ola bilməyib. Eyni zamanda, son aylarda Ukrayna da müəyyən əks-hücumlar həyata keçirir və bəzi cəbhə bölgələrində texnoloji və taktiki üstünlük nümayiş etdirir. Hazırda döyüşlər daha çox mövqe xarakteri daşıyır. Tərəflər klassik hərbi əməliyyatlardan fərqli olaraq daha çox dron hücumları və uzaqmənzilli zərbələr vasitəsilə bir-birinə təsir göstərməyə çalışırlar. Bu səbəbdən ehtimal olunur ki, müharibə hələ bir müddət bu formada davam edəcək.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 03:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri