31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"KATV iki gündən çoxdur internetimizi vermir".
Bunu KATV-nin (kabel televiziyası və internet provayder şirkəti) internet verilişində yaranan problemlə bağlı Oxu.Az-a şikayət edən paytaxtın Xətai rayon sakinləri bildiriblər.
Məhəmməd Hadi, 23-24 ünvanında yaşayan KATV istifadəçisi olan sakinlərin sözlərinə görə, yanvarın 11-dən internetləri tamamilə kəsilib. Bununla bağlı şirkətə dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb:
"Qaynar xətlərinə zəng etmək üçün hər dəfə azı 10 manat sərf edirik. Son iki gündə üç-dörd dəfə zəng etmişik, bir xeyli zaman keçəndən sonra operatorla danışmaq imkanımız olsa da, internet problemimiz həllini tapmayıb. Operator bütün məlumatları öyrənib: "Bu gün ərzində əməkdaşlarımız ünvana yaxınlaşacaqlar, problem həll ediləcək", - desə də, nə gələn var, nə də maraqlanan.
İnternetin aylıq ödənişinin vaxtından bir dəqiqə keçən kimi dərhal internetimiz kəsilir. Amma artıq üçüncü gündür ki, bizi internetsiz qoyublar. Deyirlər, müraciətiniz qeydə alınıb, növbə çatanda gəlib həll ediləcək. Biz ucqar dağ kəndində yaşamırıq ki, KATV əməkdaşları bu üç gündə gəlib ünvana çıxa bilməsinlər".
Qeyd edək ki, KATV-də "İnternet + TV" paketinin aylıq qiyməti 31 AZN-dir.
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















