Icma.az
close
up
RU
31 Mart soyqırımı insanlıq əleyhinə misli görünməmiş bir qəsddir Mehriban Vəliyeva

31 Mart soyqırımı insanlıq əleyhinə misli görünməmiş bir qəsddir Mehriban Vəliyeva

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Təəssüf ki, son iki əsrdə Azərbaycanın taleyində, tarixində faciəvi hadisələrin sayı daha çoxdur. Əbədi olaraq yaddaşlara həkk olunan, tariximizə qanla yazılan o faciələrin müəllifi əsasən ermənilərdən ibarət olub. 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən xüsusi qəddarlığın bəşər tarixində misli-bərabəri olmayıb. Bu təkcə müsəlman türklərinə qarşı deyil, bəşəriyyət əleyhinə cinayət idi”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun  sözlərinə görə, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilmiş mart soyqırımları öz amansızlığına və miqyasına görə dünya tarixinə düşüb: “Yaranmış tarixi fürsətdən istifadə edən ermənilər bolşeviklərlə birləşib uşaq, qoca, qadın demədən on minlərlə müsəlmanı qılıncdan keçirdi, diri-diri yandırdı. Bakı qan gölünə çevrilmişdir. Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə yerli əhaliyə divan tutulmuşdur. Ümumilikdə, həmin hadisələr zamanı  30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Mart soyqırımı aktına ilk dəfə siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyətinin dövründə verilib. Cümhuriyyətin süqutu bu hadisələrə hüquqi qiymət verilməsinə və günahkarların cəzalandırılmasına imkan vermədi. 70 il ərzində - sovet rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində həmin qanlı hadisələr Azərbaycan xalqına unuduldu. Tarix dəsliklərində həmin hadisələr “müsəlmanların əməli” kimi qeyd edildi. Bunun nəticəsi olaraq ermənilər XX əsrin sonlarında yenidən baş qaldırdılar və xalqımıza qarşı terror əməllərini davam etdirdilər. Millətçi-separatçı ermənilər Qərbi Azərbaycanda, Sumqayıtda, Qarabağda azərbaycanlılara qarşı terror həyata keçirdilər. Nəticədə on minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından didərgin salındı”.

Millət vəkili bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər ictimaiyyətə açıqlandı. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdı. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 1999-cu il martın 30-da tədbirlər planı təsdiq edib. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyəti və nəticələri izah olunub. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Artıq bütün dünya mart soyqırımlarının timsalında ermənilərin azərbaycanlılara qarşı tarixi nifrətlərindən xəbərdardır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə çox böyük işlər görülüb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verildi. Memorial Kompleks  2013-cü il sentyabrın 18-də açıldı. Bu kompleks azərbaycanlıların ziyarət yerinə çevrilib. Ora hər dəfə səfər etdikdə insanın yaddaşı sanki təzələnir, tarixi faciəmiz gözümüzün önündə canlanır”

Deputat onu da qeyd etdi ki, 31 Mart soyqırımı bəşəri cinayət olmaqla yanaşı, Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifəsidir: “Əliyalın xalqımız silahlı daşnak-bolşevik birliyinə qarşı mübarizə aparırdı. Müstəqilliyə, azadlığa gedən yolda canlarını sipər edən oğul və qızlarımızın mərdliyi, şücaəti sayəsində Azərbaycan ötən əsrin əvvəllərində müstəqilliyə qovuşdu. Bir il ərzində eyni soy-kökdən olan türkiyəli qardaşlarımızın dəstəyi ilə ölkəmiz silahlı ermənilərdən, ruslardan təmizləndi, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalandı.  Buna görə də, 31 Mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər bütün soydaşlarımızın, istərsə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhu daim anılacaq. Bu gün Vətən uğurunda canından keçmiş bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qisasını ermənilərdən aldı və suverenliyimizi təmin etdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri