Icma.az
close
up
RU
31 Mart soyqırımının tarixi və sosial aspektləri

31 Mart soyqırımının tarixi və sosial aspektləri

525.az saytına istinadən Icma.az xəbər verir.

Milli yaddaşımızda silinməz iz buraxmış 31 mart tarixinin Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən azərbaycanlıların soyqırım günü elan edilməsi onun tarixi kökləri, sosial səbəbləri, eləcə də  nəticələrinin daha dərindən araşdırılması və beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tarixi aspektdən baxıldıqda, 1918-ci ilin mart qırğınları siyasi-iqtisadi, hətta coğrafi amilləri özündə birləşdirən dərin köklərə malik işğalçı planın tərkib hissəsi idi. Azərbaycanın yerləşdiyi tarixi-coğrafiyanın əhəmiyyəti bu regionun mədəni-iqtisadi inkişafı üçün əlverişli imkan yaratmaqla bərabər, zaman-zaman bu torpaqlara göz dikən kənar qüvvələrin yaratdığı siyasi, sosial problemləri də özü ilə gətirmişdir. XX əsr belə problemlərin ən çox kütləvi xarakter aldığı dövr olmuşdur. Azərbaycan xalqı tək bu əsr ərzində 4 dəfə soyqırım və deportasiyalar yolu ilə kütləvi itkilərə məruz qalmışdır. 1905-1906, 1918, 1948-1952 və 1987-1992-ci illərdə məqsədli və mərhələli şəkildə həyata keçirilən bu siyasi manevrlərin başlıca məqsədi soydaşlarımızın doğma torpaqlarından didərgin salınması, sosial bazanın məhv edilməsi, torpaqlarımızın işğal edilməsinə hesablanmışdır. 1918-ci ilin mart-aprel aylarında törədilən hadisələr isə daşnak-bolşevik tandeminin azərbaycan türklərinə qarşı xüsusi amansızlıqla törətdiyi ən ağır soyqırım faktlarıyla tarixə keçmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırım Günü münasibətilə 29 mart 2005-ci il tarixdə Azərbaycan xalqına müraciətində törədilən qırğın aktının tarixi köklərinə xüsusi diqqət çəkmişdir: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”. Erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törətdiyi qırğınların bu mərhələsi Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Lənkəran, Qərbi Azərbaycanın bütün kəndlərini əhatə etməklə ən genişmiqyaslı cinayət aktları ilə müşayiət olunmuşdur.

Sosial aspektdən bu cinayətlərin miqyası 10 minlərlərlə insanın həyatını itirməsi, doğma yurd-yuvasından didərgin salınması timsalında daha geniş diapazona malik olmuşdur. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, azərbaycanlı əhali ilə birlikdə minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar ki, bu da hadisələrin sosial miqyasının çoxşaxəli və daha təhlükəli olduğunu göstərirdi: Azərbaycan türklərinə qarşı etnik təmizləmə, digər millətlərə qarşı açıq şovinistlik, uşaq, qadın, ahıl kateqoriyasında sivil insanların mənafeyini qoruyan beynəlxalq hüquq normalarının pozulması, mədəniyyət abidələrinin, məscidlərin, məktəblərin, xəstəxanaların dağıdılması və evlərin talan edilməsi bu istiqamətlərdən sadəcə ən üzdə olanları idi. Onların araşdırılması nəticəsində erməni cinayətkarlığı elmi əsaslarla sübut olunmuşdur.

Tədqiqatçılar tərəfindən Şamaxıda, Qubada  və digər bölgələrdə aşkar olunan kütləvi məzarlıqlar bu qırğınların sosial-demoqrafik mahiyyətinin ağırlığını sübut edir. Soyqırım nəticəsində Şamaxıda 14-16 min, Qubada 3 minə yaxın, Zəngəzur qəzasında 10 mindən çox soydaşımız qətl edilmiş, Gümrü yaxınlığında 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək öldürülmüşdür. Naxçıvan, Lənkəran və digər bölgələrdə öldürülmüş sivil insanlar bu rəqəmin bir neçə qat artıq olduğunu təsdiq edir. 1918-ci ilin cəmi 5 ayı ərzində ümumilikdə 50 mindən çox soydaşımız erməni millətçiləri tərəfindən qətl edilmişdir. Diqqət çəkən əsas məqam qırğınların ağır işgəncələrlə həyata keçirilməsi olmuşdur. Bu üsul sonralar Xocalıda, Ağdabanda da istifadə olunmuş və əhalidə sosial-psixoloji xof yaratmaqla onların mübarizə əzmini qırmaq məqsədi daşıyırdı. Lakin tarix göstərdi ki, bu üsul Azərbaycan xalqının iradəsini sındıra bilməmişdir.

Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələri unudulmamış, ilk siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 1998-ci ildə martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımıza qarşı törədilmiş bütün soyqırım aktlarını qeyd etmək, həmin dövrlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədi daşıyırdı. Onların məruz qaldığı qətliamı dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən Quba şəhərində yaradılan “Soyqırımı memorial kompleksi“ 2013-cü il sentyabrın 18-də ziyarətçilərin üzünə açılmışdır. 2018-ci il yanvarın 18-də ölkə Prezidenti “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın imzalanması erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dərindən araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni mərhələ açmışdır. Bu mərhələ törədilən soyqırımların elmi əsaslarla araşdırılması, tarixi kökləri, sosial təsirləri və nəticələrinin geniş ictimaiyyətə çatdırılmasına stimul vermişdir. Onlardan əldə edilən nəticələri ümumiləşdirərkən hadisələrin sosial və tarixi aspektdən paradoks yaradan təsir dairəsi xüsusilə ön plana çıxır:

1918-ci ilin soyqırım aktları Azərbaycan xalqının tarixi köklərinə və sosial bazasına zərbə vurmağı hədəf alsa da, məqsədinə çata bilməmiş, əksinə, milli yaddaş, tarixi kimlik bütün hallarda qorunmuş, milli-mənəvi həmrəylik güclənmişdir. Bu həmrəyliyin gücü “Dəmir yumruq” şəklində birləşərək torpaqlarımızı işğaldan azad etmişdir.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, tarix elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Mart 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri