Icma.az
close
up
RU
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir

31 Mart tarixin unudulmayan qanlı səhifəsidir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il 31 mart tarixinin Azərbaycan xalqı tərəfindən Soyqırımı Günü kimi qeyd olunması təkcə keçmişin acı xatirələrinin anılması deyil, həm də tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün xalqımıza qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bariz nümunəsi kimi yadda qalmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, bu hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktı idi. Qadınlar, uşaqlar, qocalar amansızcasına öldürülmüş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, xalqımızın maddi və mənəvi irsi məhv edilmişdir. Erməni millətçi dairələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi düşmənçilik siyasəti təkcə 1918-ci il hadisələri ilə məhdudlaşmamışdır. XX əsr ərzində xalqımız dörd dəfə kütləvi deportasiyaya məruz qalmışdır. Xüsusilə Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən azərbaycanlıların zorla çıxarılması, onların ata-baba yurdlarından vəhşicəsinə qovulması, evlərinin talan edilməsi, tarixi izlərinin silinməsi bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Bu deportasiyalar nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarından didərgin düşmüş, ağır humanitar faciələrlə üzləşmişdir. Azərbaycanın müxtəlif bölgələrində törədilən qırğınlar və etnik təmizləmə siyasəti əsrin sonlarında daha bir dəhşətli faciə ilə davam etdirildi. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı müasir dövrün ən ağır cinayətlərindən biri kimi tarixə düşdü. Dinc əhaliyə qarşı həyata keçirilən bu vəhşilik nəticəsində yüzlərlə insan, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı faciəsi erməni vəhşiliyinin kulminasiya nöqtəsi olmaqla yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasının da bariz nümunəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması və hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atmışdır. Onun təşəbbüsü ilə 1998-ci ildə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən elan edilmiş, bu faciələrin dövlət səviyyəsində anılması təmin olunmuşdur. Eyni zamanda, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyətin əsası qoyulmuşdur. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılır. Tarixi ədalətin bərpası istiqamətində ən mühüm mərhələlərdən biri isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə olunan Böyük Zəfər oldu. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Qələbə həm də illər boyu xalqımıza qarşı törədilmiş cinayətlərin, o cümlədən soyqırımı və deportasiya siyasətinin cavabı, şəhidlərimizin qanının yerdə qalmadığının sübutu oldu. Bu gün 31 mart faciəsini anarkən, biz təkcə keçmişin ağrılarını xatırlamırıq. Eyni zamanda, milli birliyimizi, tarixi yaddaşımızı və dövlətçilik iradəmizi nümayiş etdiririk. Azərbaycan xalqı başına gətirilən faciələri unutmur, lakin eyni zamanda güclü dövlət və qüdrətli ordu sayəsində öz gələcəyini daha inamla qurur. Tarixi ədalətin bərpası uğrunda mübarizə isə bundan sonra da davam edəcəkdir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Mart 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri