Icma.az
close
up
RU
31 yanvarda bu tarixi şəxsiyyətlər xatırlanır

31 yanvarda bu tarixi şəxsiyyətlər xatırlanır

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 31-i bir neçə tarixi şəxsiyyətlərimiz xatırlanır.

Missiya.Az onları təqdim edir:
1. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günü Bakıda dünyaya göz açıb. 1918-1920-ci illərdə Milli Şuranın sədri, Azərbaycan parlamentinin üzvü olan Məhəmməd Əmin Sovet Rusiyasının 1920-ci il aprel çevrilişindən sonra həbs olunub, sonra Stalin tərəfindən azad edilərək Moskvaya aparılıb. 1922-ci ildə mühacirət edən M.Ə.Rəsulzadə Türkiyənin İstanbul şəhərində “Əsrimizin Səyavuşu” və “Azərbaycan Cümhuriyyəti keçmişdə və indi” əsərlərini yazıb. 1952-ci ildən paytaxt Ankarada onun baş redaktorluğu ilə “Azərbaycan” jurnalı buraxılıb. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri Məzarlığında dəfn olunub.
2. Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında doğulub. Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc olunub. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib edilməsində böyük xidməti olub. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. (1924-1996).
3. SSRİ və Azərbaycan SSR-nin Xalq artisti Ələsgər Ələkbərov 26 mart, 1910-cu ildə anadan olub. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. 31 yanvar 1963-cü ildə vəfat edib.
4. Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı Ələkbər Rzaquliyev 1903-cü ilin bu günü dünyaya gəlib və 1974-cü ilin bu günündə də vəfat edib. Boyakarlıq və qrafika üslubunda işlənmiş gözəl əsərlərin müəllifidir. Görkəmli rəssamın əsərləri dünyanın müxtəlif muzeylərində saxlanır;
5. Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Şıxəliyev 31 yanvar 2012-ci ildə dünyasını dəyişib.
6. Azərbaycanın Mill Qəhrəmanı Təbriz Xəlilbəyli 1992-ci ilin bu günündə şəhadətə ucalıb. Təbriz Azərbaycanın Xalq şairi Xəlil Rzanın oğludur.
7. Tanınmış jurnalist Mirzə Mikayılov (Mirzə Xəzər) 2020-ci ilin yanvarın 31-i vəfat edib.
8. Azərbaycanın Xalq artisti Mübariz Tağıyev 1948-ci ilin bu günü anadan olub.


Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://missiya.az
archiveBu xəbər 31 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri