Icma.az
close
up
RU
310 əcnəbi jurnalist bir arada ZƏFƏR VİDEOMUZA BAXACAQLAR

310 əcnəbi jurnalist bir arada ZƏFƏR VİDEOMUZA BAXACAQLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Jurnalistlər Şurası (Global Journalism Council) 6–9 noyabr tarixlərində 41 ölkədən 310 jurnalistin iştirak edəcəyi tədbirlərlə, media diplomatiyası missiyasına uyğun olaraq geniş proqramla həm milli, həm də beynəlxalq media gündəminə yenidən daxil olmağa hazırlaşır.

Modern.az xəbər verir ki, dünyanın 41 müxtəlif ölkəsi və Türkiyədən gələcək jurnalistlər, media nümayəndələri, akademiklər və kommunikasiya mütəxəssisləri, ümumilikdə 310 nəfər Alanyada beşulduzlu EFTELYA MARİN Oteldə keçiriləcək proqramda bir araya gələcək.

Tədbirlərdə rəqəmsal dövrdə jurnalistikanın gələcəyi, süni intellektin rolu, dezinformasiya ilə mübarizə, etik jurnalistika, yerli medianın gücləndirilməsi və media təhsili kimi mövzular müzakirə ediləcək.

Təşkilatın sədri Mehmet Ali Dim bildirib ki, Alanya toplantısı hər il olduğu kimi bu dəfə də çox möhtəşəm olacaq:

"Bu, Türk mediasının beynəlxalq səviyyədə səsini daha güclü çatdırmaq üçün atılmış strateji addımdır. Jurnalistlərimiz bu proqram sayəsində həm təcrübələrini bölüşəcək, həm də peşənin gələcəyinə yön verəcək bilik və bacarıqlar qazanacaqlar. Bundan əlavə, 41 ölkədən gələcək həmkarlarımız arasında əməkdaşlıq və dostluq əlaqələri üçün də zəmin yaranacaq".

Beynəlxalq Jurnalistlər Şurasının xarici media üzrə sədri Elşad Eyazlı isə deyib ki, görüşün ən diqqətçəkən məqamlarından biri 8 noyabr Zəfər günümüzdə Lonicera World Otelin bal zalında keçiriləcək mükafatlandırma mərasimidir.

310 jurnalist, 100-dən artıq digər sahələrin adamalarının iştirak edəcəyi mərasimdə Zəfər günümüzdə bağlı videosüjet nümayiş olunacaq, Azərbaycanın Xalq artistinin ifasında musiqi səsləndiriləcək.

"Bu imkanı bizə verdiyinə görə təşkilatımızın rəhbəri Mehmet Ali Dimə Azərbaycan adından sonsuz təşəkkürümü bildirirəm. Bütün dönəmlərdə, istər Qarabağın işğalı zamanı, istər savaş vaxtı, istərsə də sonrakı günlərdə hər zaman Mehmet Ali Dimin dəstəyini gördük. O, gerçək qardaşlıq nümunəsidir. Məlumat üçün bildirim ki, Azərbaycandan Mətbuat Şurasının sədri Rəşad Məcid də toplantıda iştirak edəcək.".

Qeyd edək ki, tədbir müddətində jurnalistika sahəsində seçilən şəxslər, beynəlxalq layihələrdə uğur qazanmış media peşəkarları, eləcə də qlobal miqyasda tanınmış dövlət xadimləri, alimlər, idmançılar və sənət adamları mükafatlandırılacaq.

Bu il mərasimə Şimali Makedoniya Parlamentinin sədri Afrim Qaşi və Türkiyə Nəqliyyat naziri Abdulkadir Uraloğlu fəxri qonaq qismində qatılacaqlar.

Bir çox tanınmış şəxsə təqdim ediləcək 5-ci Qlobal Uğur Mükafatları ilə yanaşı, ilk dəfə olaraq İsmayıl Qaspıralı adına müxtəlif kateqoriyalarda şərəf mükafatları veriləcək.

Mükafat alacaq şəxslər arasında azərbaycanlılar da var.

Sevinc ABBASOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri