Icma.az
close
up
RU
316 məktəb bağlanıb, minlərlə şagirdin taleyi hələ tam məlum deyil

316 məktəb bağlanıb, minlərlə şagirdin taleyi hələ tam məlum deyil

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Təklif mərhələsində olan və 2027-ci ilin sonundan nəzərdə tutulan müəllimlərin 8 saatlıq iş rejminin həyata keçməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Nazirin dediyi kimi, müəllimin əmək haqqı qalxacaqsa, prezidentin sərəncamı olmalıdır. Özü də əmək haqqının iki dəfə qaldırılması ilə bağlı elan verib. Nazir elan edib ki, ştatdankənar müəllimlər sertifikasiyadan azad olunacaq. Bu kimi hallar hazırda qanunvericiliyin tələblərinə zidd olan tələblərdir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin 8 saatlıq iş rejminə keçəcəyindən və təhsil sahəsindənki problemlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, hal-hazırkı vəziyyətdə Azərbaycan təhsilində çox ciddi problemlər var:

"Xüsusilə də ümumi təhsildə, məktəbəqədərdə, təhsilin bütün pillələrində problemlər çoxdur. Təkcə 2025-ci ildə ölkədə 316 məktəb bağlanıb. Minlərlə şagirdin taleyi hələ tam məlum deyil. Cəmi bir həftə bundan öncə məktəblərə jurnallar verilib və müəllimlər gecə-gündüz jurnal yazırlar. Yüzlərlə məktəbimizdə istilik sistemi yoxdur, şəhər və kənd məktəblərində sanitar qovşaqlar bərbad haldadır. Şagirdlər əllərini yumağa su belə tapa bilmirlər, şagirdlərimiz isti gödəkçələrlə siniflərdə otururlar. Elementar texniki problemləri həll edə bilməyən Emin Əmrullayev və onun müxtəlif şirkətlərdən gətirdiyi idarəedici şəxsləri bu məsələni ortaya atmaqla təhsildə real problemləri ört-basdır etmək, mətbuatın və cəmiyyətin diqqətini hələ baş tutacaq, tutmayacaq bilinməyən bir formata yönəldirlər. Mən düşünürəm ki, biz daha çox bu günün reallıqlarını müzakirə etməliyik. 

Emin Əmrullayevin bu kimi şou xarakterli çıxışlarına öyrəşmişik. İki il bundan qabaq böyük hay-küylə Azərbaycanda "məktəb modeli dəyişir", "publik hüquqi şəxs olan ümumi təhsil məktəbləri yaranır" deyə fikir ortaya atıldı. Hətta 2024-cü ildə publik hüquqi şəxs olan ümumi təhsil məktəbinin nümunəvi nizamnaməsi təsdiq olundu. 16 məktəb üçün elan olundu ki, onlar artıq publik hüquqi şəxslərdir. Məktəb direktorlarını çağırdılar və onlara elan etdilər ki, sizin məktəblər publik hüquqi şəxs olacaq. Həmin publik hüquqi şəxs olan məktəblərlə bağlı heç bir addım atılmadı. Nə o məktəblərin direktorları özləri başa düşürlər ki, publik hüquqi şəxs nədir, nə də yerli idarəetmə orqanları bilirlər ki, publik hüquqi şəxs nədir. Bəli, publik hüquqi şəxs bizdə artıq adambaşına maliyyələşmə sisteminə keçirik. Və publik hüquqi şəxs də yaranır, yeni məktəb modeli gəlir və s. Mətbuatda, cəmiyyətdə çox ciddi müzakirə olundu. Bu gün təhsildə STEAM, rəqəmsal bacarıqlar layihəsi tətbiq olunur. Halbuki bu layihə xarakterli olmamalıdır. Hər bir fənndə, xüsusilə də STEAM-i əhatə edən fənlərdə və yaxud da hər bir fənndə müəllimin rəqəmsal bacarıqları birinci olmalıdır ki, o şagirdə də rəqəmsal bacarıqlar aşılanmalıdır. Halbuki biz milyonlarla pul xərcləyib STEAM mərkəzləri yaradırıq və yaxud da rəqəmsal bacarıqlar fənnini tədris edirik. Ortada nəticə yoxdur".

Elşən Qafarov həmçinin vurğuladı ki, məktəblərdə kompüter, internet yoxdur:

"Məktəbin tədrisin keyfiyyətinə birbaşa təsir edən şagird sıxlığı süni surətdə artırılır. Təkcə son iki ildə Azərbaycan məktəblərində 1600 sinif azalıb. Bu 1600 sinif süni şəkildə azalıb. Bəli, əhali sayına görə ildə 5000 nəfər hər il birinci sinifə az uşaq gəlir. Biz bunu bilirik. Amma 1600 sinif, təqribən 32-33 min şagird deməkdir. Yerdə qalan 27-28 min şagird necə olur? Yəni bu qədər şagird hara getdi bəs? Siniflər açılmır, siniflər 30-35 nəfərlə açılır və şagird sıxlığı süni surətdə artırılır, bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. “Tam orta məktəb” layihəsi ortaya atılıb. 1-9-cu sinfin şagirdlərini başqa məktəblərə paylayırlar ki, burada biz “Tam orta məktəb” layihəsini həyata keçiririk. Əgər doğrudan da “Tam orta məktəb” layihəsini həyata keçirmək istəyirsinizsə, yeni məktəblər tikin. Yaxud da məktəblərin ərazisində yeni korpuslar tikin, olsun “Tam orta məktəb” layihəsi. Hazır məktəbləri dağıdırıq və onun şagirdlərini göndəririk başqa məktəblərə, başqa məktəblərdə də yeni siniflər açılmır. Ölkə məktəbləri necə idarə olunur? 4036 məktəbin hər beş məktəbin birində az qala direktor vəzifəsi vakantdır. Məktəbdə psixoloji xidməti yuxarıdan aşağı bilərəkdən məhv etdik, dağıtdıq".

Müsahibimiz qeyd etdi ki, psixoloq adı bir texniki işçi səviyyəsinə gətirilib.

"Tərbiyə sistemini tamamilə dağıtmışıq. İki aydır tədris prosesi başlayıb, artıq bizim üç-dörd şagirdimiz məktəbdə bıçaqlanıb. Ayrı-ayrı şagirdlərimizin qeyri-etik videoları yayılmaqda davam edir. Bu, ölkə təhsilinin çox ağır vəziyyətdə olmasını göstərir. İki ildən sonra Nazirlər Kabineti, dövlət başçısı razılıq verərsə, tam ştatlı məktəbə keçidlə bağlı müəyyən hüquqi-normativ sənədlər qəbul olunacaq. Biz də onda biləcəyik ki, həmin hüquqi-normativ sənədlərə uyğun olaraq bu keçid necə olacaq, hansı formada olacaq. Amma bu gün bir nazirin Nazirlər Kabineti ilə razılaşdırmadan, ölkə rəhbərliyi ilə razılaşdırmadan, ölkə əhalisinin, ölkə müəllimlərinin böyük bir hissəsini bu qədər böyük çaşqınlığa salan bir fikir ortaya atması, bu, o nazirin ölkədə süni narazılıq yaratmaq istəyindən başqa bir şey deyil. Düşünürəm ki, artıq cəmiyyət də, mətbuat da Emin Əmrullayevin oyunları ilə oynamamalıyıq, diqqəti daha çox real problemlərə yönəltməliyik".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see175

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see142

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see123

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri