Icma.az
close
up
RU
32 karat brilyant diş trendi artıq Azərbaycanda Qiymətlər necədir?

32 karat brilyant diş trendi artıq Azərbaycanda Qiymətlər necədir?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar dünyada yayılan "32 karat brilyant diş" trendi artıq Azərbaycanda sosial şəbəkələrdə və gözəllik sənayesində böyük marağa səbəb olub.

Sfera.az bildirir ki, bu dişlər, adından da göründüyü kimi, brilyant kimi parıltılı görünüşə malikdir. Lakin burada söhbət əsl brilyantdan getmir – xüsusi materiallardan hazırlanmış diş və ya vinirlər kənardan lüks və cazibədar bir görüntü yaradır. Diş estetikası sahəsində çalışan stomatoloqlar bu trendin populyarlığının artdığını bildirirlər.

Bakıda fəaliyyət göstərən bir stomatoloqdan öyrəndik ki, hazırda bu prosedur Azərbaycanda da təklif olunur və qiymətlər dişin formasına görə dəyişir. Belə ki, brilyant effekti verən dişin qiyməti 500 AZN, vinir şəklində hazırlanan variantın isə 600 AZN olduğu bildirilir. Qeyd edək ki, bu qiymətlər hər bir diş üçün nəzərdə tutulub.

Bəs bu dişlər necə hazırlanır?

"32 karat brilyant diş"lərin hazırlanmasında əsas məqsəd adi dişlərdən fərqli olaraq, daha çox işıq əks etdirən və parlaq görünən bir örtük əldə etməkdir. Bunun üçün xüsusi keramik və ya kompozit materiallardan istifadə edilir. Əgər şəffaf və işıq əks etdirmə xüsusiyyətləri olan vinirlər seçilərsə, bu zaman dişlər daha təbii və eyni zamanda möhtəşəm parlaq görünə bilər. Stomatoloqların sözlərinə görə, bu prosedur dişlərin ümumi sağlamlığına mənfi təsir etmir, lakin düzgün qulluq edilməzsə, zamanla parlaqlığını itirə bilər. Bu səbəbdən, istifadəçilərə dişlərə xüsusi qayğı göstərmək, sərt qidalardan çəkinmək və mütəmadi olaraq stomatoloqa müraciət etmək tövsiyə edilir.

Niyə insanlar parlaq gülüşə üstünlük verir?

Bu trendin populyarlaşmasının əsas səbəbi sosial mediada diş estetikası ilə bağlı artan maraqdır. İnfluenserlər, məşhurlar və estetikanı ön planda tutan insanlar sosial şəbəkələrdə parlaq və mükəmməl gülüşləri ilə diqqət çəkirlər. Bundan əlavə, bəzi insanlar bu cür dişlərin özlərinə daha çox inam verdiyini düşünürlər. Çünki parlaq və tərtəmiz bir gülümsəmə təkcə estetik deyil, eyni zamanda şəxsi imicin güclü bir hissəsi hesab edilir. Son illərdə diş estetikası sahəsində sürətli inkişaflar baş verir və "32 karat brilyant diş" də bu inqilabi yeniliklərdən biridir.

Keyfiyyətsiz materiallar və ya düzgün icra olunmayan prosedurlar isə dişlərinizə ziyan vura bilər. Əgər siz də "32 karat brilyant diş" trendinə qoşulmaq istəyirsinizsə, bu kimi məqamlara diqqət yetirin.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Mart 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri