Icma.az
close
up
RU
32 yaşlı kişi otlaq sahəsində həmkəndlisinə xəsarət yetirdi

32 yaşlı kişi otlaq sahəsində həmkəndlisinə xəsarət yetirdi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Güloğlan Əkbərova xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2 iyul 2025-ci ildə Goranboyun Borsunlu kəndində baş verib. Daşqın aralarında şəxsi münasibətlərin pozulması zəminində Güloğlanın üz nahiyyəsindən qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Güloğlanı həmkəndlisi olaraq tanıyır, əvvəllər aralarında ədavət olması səbəbindən münaqişə baş verib: “İyulun 2-də, təxminən saat 17 radələrində iribuynuzlu heyvanları otarmaq məqsədi ilə Borsunlu kəndi ərazisində yerləşən otlaq sahəsinə apardım. Həmin vaxt Güloğlan da həmin sahədə olmasını gördüm. Bu zaman o, məni gördü, mən olduğum istiqamətə gəldi. Əlində olan ağac parçası ilə mənim baş və boyun nahiyyəmdən vurdu. Həmin an  Güloğlanın əlində olan ağac parçasını aldım və kənara atdım. Daha sonra yumruqla onun üz nahiyyəsindən iki dəfə vurdum. Güloğlan zərbənin təsirindən yerə yıxıldı. Həmin an baş nahiyyəmin qanamasını hiss etdim. Bu səbəbdən də həmin yerdən uzaqlaşaraq yaşadığım evə getdim”.
Goranboy Rayon Məhkəməsinin hökmü ilə Daşqın 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə Goranboy rayonu Borsunlu kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri