“3+3” formatında növbəti görüş Bakıda və ya İrəvanda keçirilə bilər Vaan Kostanyan
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində deyib.
“Hesab edirik ki, bu dialoq formatı regional, xüsusən də nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində olan layihələrin müzakirəsi üçün əlverişli platformaya çevrilə bilər”, - o bildirib.
Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb.
“Nazirlərin son bəyanatına görə, növbəti görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Biz həmçinin Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələrin aparılması imkanlarını da nəzərdən keçiririk”, - nazir müavini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















