33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları Kəlbəcər rayonunda torpağa tapşırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kəlbəcər, 3 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və 33 ildən sonra kimliyi müəyyən edilən Babayeva Mədinə Rəhim qızının meyitinin qalıqları Kəlbəcər rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimi Kəlbəcər rayonunun Daşbulaq kəndinin qəbiristanlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Babayeva Mədinə Rəhim qızı 1905-ci ildə Kəlbəcər rayonunun Daşbulaq kəndində anadan olub. 1993-cü il martın 31-də Daşbulaq kəndi işğal olunan zaman itkin düşmüş sayılırdı.
Müxbir – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 03 İyul 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















