Icma.az
close
up
RU
33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi

33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən gün Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Kamalov Bahadur Məhəmməd oğlunun nəşi doğulduğu Kəlbəcərin Zar kəndində keçirilən vida mərasimindən sonra torpağa tapşırılıb.

Qeyd edək ki, 1937-ci ildə Zar kəndində anadan olan Bahadur Kamalov 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində döyüşlərdə itkin düşmüşdü.

Modern.az şəhidin qızı Kəmalə Kamalova ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, bildirib ki, atasının itkin olduğu 33 il onlar üçün çox çətin olub:

"Bunu ancaq yaşayanlar bilər. 33 il həsrət içərisində yaşayırdıq. Artıq həsrət-vüsala qovuşdu, dünən atamızı dəfn etdik. Atamın 6 oğlu, 4 qızı var. Böyük bacım-Sakibə bir ara toylara getmirdi, çünki o atasına çox bağlıydı. Atası deyirdi ki, heç kimə ümid etmərəm, sənə özüm baxacam. Onun üçün də o, bu hadisə olanda bir müddət toylara getmədi. Ondan sonra qardaşa, bacıya toy oldu, o da iştirak etdi. Amma evlənmədi. Evin böyük övladı olub, ataya çox bağlıydı. Atamız da itkin düşəndə dedi ki, atam gəlməyincə evlənməyəcəm. Biz də bir şey deyə bilmədik. Hərənin bir qisməti var Bir qız övladı kimi mən atasızlığın necə bir hiss olduğunu ifadə edə bilmirəm".

Şəhid qızı hər gün atasının evə qayıdacağına ümid etdiyini bildirib.

"1993-cü ildə atamın 55 yaşı vardı. O kənddə hamını yola saldı, dedi, əl-ayağıma dolaşmayın, mən gəlib çatacağam. Zar kəndindən hamını bir-bir o çıxarıb. Deyirdi ki, başımız aşağı olmasın, gözümüzün qabağında düşmənə tuş gəlməyəsiniz. Biz belə gözləmirdik. Elə bilirdik ki, söz verdiyi kimi sağ qayıdacaq. Ondan sonra qonşu kənddəki zastavanın 70 əsgəri ilə yardımlaşıb gəliblər. Orada da Şahin adlı bir əsgər yaralananda onun yanına gedib, kömək etmək istəyib, bu zaman onu vurublar. Hazırda hər ikisinin nəşini eyni yerdən tapıblar. Onu da deyib ki, mənim atamın özü də itkin yolu gözləyib. Onun qardaşı 1941-ci ildə itkin düşüb".

K.Kamalova atasında bütün kəndin çox böyük hörmətlə yanaşdığını söyləyib:

"Mənim atam kənd sovetinin rəhbəri olub. Hər kəs ona hörmətlə yanaşırdı, el ağsaqqalı kimi görürdülər. Hətta o itkin düşəndə deyirdilər ki, o sizdən yox, eldən gedib. Vətən Müharibəsində əldə edilən zəfər bizi sevindirdi, həsrət yanğımızın üstünə sanki su tökdü. Mənim qardaşım özü hərbçidir və müharibədə iştirak edib. 2021-22-ci illərə kimi orduda olub, daha sonra yaşı ilə əlaqədar pensiyaya çıxıb. 1993-cü ildən atamızın yolunu davam etdirdi, orduda iştirak etdi və qanımızı aldı. İndi "Böyük Qayıdış" gedir. Biz də Kəlbəcərə qayıtmağı çox istəyirik. Həsrətlə gözləmişik ki, nə vaxtsa, öz torpaqlarımıza, Kəlbəcərə qayıdacağıq".

Sonda şəhidin qızı anası barədə də danışıb:

"Anamın 85 yaşı tamam olub. O, bizdən, yəni övladlarından daha böyük həsrətlə atamın yolunu gözləyirdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri