Icma.az
close
up
RU
33 il xalqın xidmətində: Yeni Azərbaycanla yeni zirvələrə

33 il xalqın xidmətində: Yeni Azərbaycanla yeni zirvələrə

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də ölkədə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş, nəticədə özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin parçalanmaq təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə bir çətin məqamda xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi üçün yeni bir siyasi təşkilata ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasını yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi.

Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin dövrdə hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər vasitəyə əl atırdılar. Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanır və inkişaf edirdi. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq ümumxalq partiyası statusunu qazandı. Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən xilas edən Yeni Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham Əliyevin partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə siyasətinin əsası hesab edilir.

Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlət müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə həyata keçirmişdir.

Keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin 2021-ci ilin mart ayının 5-də keçirilən VII Qurultay özünəməxsusluğu ilə seçilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər yeni yeni reallıqlar yaratdı. Həmçinin cənab Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı islahatlar siyasi sistemdə də özünü təcəssüm etdirməyə başladı. Bütün bu yeniliklərin fonunda Yeni Azərbayan Partiyasının VII Qurultayının keçirilməsi üçün əsaslı zərurət yaranmışdı. Partiyanın VII Qurultayında yeni Nizamnamə qəbul olundu, 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və yeni struktur olan Veteranlar Şurası yaradıldı. Həmçinin partiya sədri, cənab Prezident İlham Əliyev tərəfindən İdarə Heyətinə yeni Proqramın hazırlanması tapşırğı verildi. Qısa zaman ərzində yeni vəzifələri özündə ehtiva edən yeni proqram qəbul edildi.

Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 33 il xalqın xidmətində olması və bu müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü işlər belə deməyə əsas verir. Əsas şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər ürə məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see337

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see211

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see190

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see183

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see171

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see159

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri