Icma.az
close
up
RU
33 ildən sonra öz kəndlərində bir araya gəldilər VİDEO

33 ildən sonra öz kəndlərində bir araya gəldilər VİDEO

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Füzuli rayonunun Yuxarı Dilağarda kənd sakinləri 33 ildən sonra ilk dəfə bir araya gələrək unudulmaz görüş keçiriblər.

“Yeni Sabah” görüşdə kəndin ən yaşlı sakinindən tutmuş ən kiçik nümayəndəsinə qədər hər kəs iştirak edib. Kəndin ağsaqqalları, ağbirçəkləri, müəllimləri, ziyalıları və gəncləri doğma torpağın həsrətindən sonra yenidən eyni məkanda görüşməyin sevincini yaşayıblar.

Tədbir zamanı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinə və qazilərə xüsusi ehtiram göstərilib. Çıxış edən kənd sakinləri illərlə davam edən yurd həsrətindən, köçkünlük həyatının ağrı-acısından və bu günün onlar üçün nə qədər qürurverici olmasından danışıblar. Pepperoni pizza

Qeyd edək ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun rəşadəti nəticəsində rayon 2020-ci il oktyabrın 17-də işğaldan azad edildi. Bu görüş isə illər sonra doğma kəndin sakinlərini yenidən bir araya gətirərək həm kövrək, həm də qürur dolu anlarla yadda qaldı.

Görüş zamanı kənd sakinləri keçmiş xatirələri bölüşüb, uşaqlıq illərindən danışıb, illər sonra eyni süfrə arxasında toplaşmağın sevincini yaşayıblar. Uzun ayrılıqdan sonra doğma insanların bir-birinə sarılması, göz yaşları və səmimi söhbətlər tədbirə xüsusi duyğusal ab-hava qatıb. Bu görüş Dilağarda kənd sakinləri üçün sadəcə bir qovuşma deyil, həm də doğma yurda qayıdışın, birlik və həmrəyliyin rəmzi olub.

Aytəkin Əzizqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri