332 promil sərxoş olan sürücü SAXLANILDI Vəsiqəsi 5 il müddətinə əlindən alındı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yol polislərinin sayıqlığı sayəsində 332 promil sərxoşluq vəziyyətində avtomobil idarə edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərində baş verib.
Belə ki, Kuşadası rayonunun Sabri Mumcu küçəsində xidmət aparan yol polis ekipajı yolda sağ-sol hərəkətləri edən 09-BBF-76 dövlət nömrə nişanlı avtomobili saxlayıb. Alkoqol testindən keçirilən 64 yaşlı sürücü A.A.A. 332 promil sərxoş olduğu məlum olub. Əvvəlcə polis əməkdaşlarına müqavimət göstərən sürücü, daha sonra sakitləşdirilib. Nəqliyyat vasitəsinə baxış zamanı icbari sığortasının vaxtının qurtardığı da müəyyən edilib.
Nəticədə 64 yaşlı şəxsin sürücülük vəsiqəsi 5 il müddətinə əlindən alınıb. Bundan əlavə avtomobil cərimə meydançasına aparılaraq istifadəsinə qadağa qoyulub.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 İyun 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















