Icma.az
close
up
RU
34 illik faciə: Ermənilər Qarakənddə helikopterimizi vurmağa necə hazırlaşıb?

34 illik faciə: Ermənilər Qarakənddə helikopterimizi vurmağa necə hazırlaşıb?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ötən əsrin 90-cı illərin əvvəllərində hamımız şahid idik ki, Ermənistan artıq əməliyyatlara başlayıb, müharibəyə hazırlaşırdı və hazırlıq işləri də çox yüksək səviyyədə aparılırdı. Azərbaycanda yaranmış hakimiyyət boşluqlarından ermənilər layiqincə istifadə edə bildilər, çünki bizim rəhbərlərimiz, respublikanın rəhbərliyində olan şəxslər sözün əsl mənasında nəzarətdən çıxmışdılar. Digər tərəfdən, müxtəlif qruplar hakimiyyət uğrunda çəkişmələrə başlamışdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Ermənistanda isə səfərbərlik artıq elan olunmuşdu və onlar hər cür terror üsullarından istifadə edirdilər:
"Helikopterin vurulması da həmin proseslərin bir hissəsi idi. Çünki onların məqsədi vəziyyəti maksimal dərəcədə gərginləşdirmək və hücum üçün özlərinə bəhanə yaratmaq idi.
Təəssüf ki, bizim rəhbər şəxslər, ümumiyyətlə, rəhbərlik səlahiyyətini daşıyan zümrə, vəziyyəti layiqincə qiymətləndirə bilmirdi. Digər tərəfdən, onlar mübarizələrini, bacarıq və təpərlərini daxili qüvvələrə qarşı yönəldirdilər. Söhbət hakimiyyətə iddia edən qruplardan getmir, əksinə, ictimai qüvvələrdən gedir. Hətta fəal siyasi təfəkkürə malik insanlar anlayırdılar ki, Ermənistan informasiya sahəsində Azərbaycana qarşı çox güclü təzyiq kampaniyasına başlayıb. Onların saxtakarlıqları, uydurmaları və digər manipulyativ məlumatları bütün dünyanın xəbər lentlərini dolaşırdı və buna cavab vermək lazım idi".
Politoloq deyib ki, biz isə tutarlı cavabları tam şəkildə verə bilmirdik:
"Vətənpərvər insanlar çalışır, yazırdı, lakin rəhbərlik gözləmə mövqeyi tutmuşdu və mərkəzin nə deyəcəyini gözləyirdi. 1991-ci ilin əvvəllərində hələ mərkəz mövcud idi, lakin sonra Sovet İttifaqının çökməsi ilə vəziyyət tam dəyişdi. Ermənistanda hakimiyyətə gələn şəxslər, xüsusən Dağlıq Qarabağda Arçinan adlı biri, radikal qruplara heç bir maneə yaratmırdı. O deyirdi ki, mən Moskvanın nümayəndəsiyəm, məni təyin ediblər, amma sizin mübarizənizə heç vaxt mane olmayacağam, istədiyinizi edin. Onlar özlərini belə aparırdılar, bizimkilər isə yenə də mərkəzin, Qarbaçovun mövqeyini gözləyirdi".
Onun sözlərinə görə, Qarbaçovdan sonra Yeltsin hakimiyyətə gələndə də bizim siyasi səhnədə olan qüvvələr Moskvanın təzyiqlərinə cavab verə bilmirdi və Ermənistanın təxribatlarına sadəcə göz yumurdu:
"Bəyanatlar və açıqlamalar səsləndirilirdi, lakin onların heç bir təsiri olmurdu.
Helikopterin vurulması da bu qəbildən olan təxribatlardan biri idi. Ermənistan müharibəyə tam hazır idi və öz məqamını gözləyərək mənfur niyyətlərini həyata keçirməyə başladı. Biz bir daha gördük ki, ölkədə hakimiyyət boşluğu, hakimiyyət uğrunda qrupların mübarizəsi yalnız daxili həmrəyliyi və birliyi pozurdu. Bu vəziyyət belə davam edə bilməzdi və 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra Heydər Əliyevin qayıdışı ilə durum köklü şəkildə dəyişdi.
Bu hadisə çox dəhşətli idi, insanlar həlak oldu, biz onları unutmuruq".
Qeyd edək ki, bu gün Azərbaycana məxsus "Mi-8" hərbi helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 34 il ötür. Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri