Icma.az
close
up
RU
34 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi

34 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda 34 yaşlı kişi boşanmaq ərəfəsində olan həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 28-də rayonun Saray qəsəbəsində baş verib. 
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Famil həmin gün saat 12 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Sənəmin (adlar şərtidir – red.) onunla olan nigaha xitam verilməsi ilə bağlı etmiş olduğu müraciəti geri götürməsini tələb edib. 
Bu zaman zərərçəkənin buna etiraz etməsi səbəbindən aralarında mübahisə baş verib. Həmin narazılıqla əlaqədar Famil əsəbiləşib və arvadının üzərinə hücum edib. O, qəsdən əl, yumruq zərbələri ilə onun sifət, göz, baş, qol, təpiklə isə bel, ayaq və bədəninin müxtəlif nahiyələrinə vurub. Zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Familin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə 2013-cü ildə rəsmi olaraq ailə həyatı qurub, bu nikahdan üç övladı doğulub: “Təxminən iki il olar ki, qayınatam Mahir bizim üçün Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi alıb. Biz həmin ünvanda yaşamışıq. İlk əvvəllər Sənəm  ilə normal olaraq ailə həyatı yaşasaq da, təxminən 7-8 ay olar ki, evə yaxşı baxa bilmədiyimi əsas gətirərək mübahisələr yaradır, məndən boşanacağını deyib. Mən isə ondan ayrılmaq istəməmişəm. İki ay olar ki, arvadım məndən boşanmaq üçün sənədləri məhkəməyə verib”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 28-də Mediasiya şurasından ona zəng gəlib və həyat yoldaşının boşanma ilə bağlı müraciət etdiyi ona bildirilib: “Mən isə barışdığımızın cavabını Mediasiya şurasına verdim. Mediasiyadan bununla bağlı barışıq ərizəsini təqdim etməyimi bildirdikləri üçün arvadımdan bunu tələb etdim. Ona barışıq ərizəsi yazmasını söylədim. Lakin Sənəm dediklərimə etiraz etdi, ərizəni geri götürməyəcəyini qəti şəkildə bildirdi. Sənəmin bu sözündən əsəbiləşdim və onun üzərinə getdim. Onu bir neçə dəfə vuraraq, döydüm. Sonra isə evdən getdim”. 
Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, əməlindən peşmandır: “Təxminən 12 illik evli olduğumuz dövrdə bir dəfə də olsun aramızda belə bir hadisə olmayıb. Məni əsəbləşdirən Sənəmin boşanmaq və uşaqlarını məndən almaq istəməsi olub. Dəfələrlə cəhd etsəm də, barışığa nail ola bilməmişəm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Familə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhəri hüdudlarından kənara çıxması qadağan olunub. 
Bundan başqa, onun cəza çəkdiyi müddətdə hər gün saat 20:00-dan  növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi məhdudlaşdırılıb. 
Məhkuma elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. Onun üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri