340 yaşlı mağaza fəaliyyətini dayandırdı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyada 340 illik tarixi olan mağaza bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Palma-de-Mayorkadakı bu suvenir dükanının bağlanmasına səbəb iqtisadi çətinliklər olub.
Şəhərin mərkəzində yerləşən və turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan "Ca Donya Angela" suvenir və tekstul məmulatlarının satışı ilə məşğul idi. Mağazanın hazırki sahibi Mikel Agilonun sözlərinə görə, dükan indən belə muzey kimi fəaliyyət göstərəcək. Yeri gəlmişkən, Agilo "Ca Donya Angela"nın 11-ci nəsil sahibidir.
Qeyd edək ki, son illər Palma-de-Mayorkada daşınmaz əmlak kirayəsinin qiymətləri qalxdığı üçün onlarla ictimai-iaşə müəssisəsi fəaliyyətini dayandırıb.
L.Tağıyeva
Baxış sayı:112
Bu xəbər 27 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















