35 ildən sonra Qarabağdan Respublika çempionu Xankəndidən tarixi uğur
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının (AZMMAGF) təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında tarixi nəticə qeydə alınıb.
Qaynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, Xankəndi şəhərini və “Xan Yaşma” İdman Klubunu təmsil edən Amin Qəhrəmanov 71 kq çəki dərəcəsində ölkə çempionu tituluna yiyələnib.
Amin Qəhrəmanovun bu uğuru xüsusi əhəmiyyət daşıyır. Onun çempionluğu 35 ildən sonra Qarabağı və işğaldan azad edilmiş əraziləri təmsil edən idmançının Azərbaycan Respublika çempionatında qazandığı ilk çempionluq kimi tarixə düşüb. Beləliklə, uzun illərdən sonra Qarabağın adı yenidən ölkə çempionatının qalibi kimi Azərbaycan idman arenasında səslənib. Xankəndi təmsilçisinin əldə etdiyi nəticə yalnız fərdi uğur deyil. Bu qələbə həm də azad Qarabağda idmanın inkişafının, Xankəndidə yeni idman ənənələrinin formalaşmasının və bölgədən yeni çempionların yetişməsinin göstəricisi kimi qiymətləndirilir.
Amin Qəhrəmanov “Xan Yaşma” İdman Klubunun yetirməsidir. 2025-ci ilin mayından Xankəndi şəhərində fəaliyyət göstərən klub qısa müddət ərzində müxtəlif respublika və beynəlxalq yarışlarda uğur qazanan idmançıların hazırlanması ilə diqqət çəkir.
Klubun məşqçisi keçmiş Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu Əli İsgəndərovdur.
‹›1 / 8








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















