Icma.az
close
up
RU
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər PEPLİKA

35 min manatlıq həkim, yalnız morqda işləyə bilər PEPLİKA

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəyaq məhkəmə müxbirimizin yazısını redaktə edirəm, demək olar ki, hər sözünə əsəb keçririəm. Əslində məni qıcıqlandıranpul alaıb, aradan çıxan dələduz ekspert deyil, ona küllü miqdarda pul verən, sanki aldanmaq üçün doğulmuşlardı.

Demək, bir valideyn övladını qeyri-qanuni yolla Tibb Universitetinə qəbul etdirmək üçün 35 min manat rüşvət verib. Az pul deyil. 35 min manat elə bir məbləğdir ki, onunla Avropanın bir çox ölkəsində ürəyin istəyən universitetdə təhsil ala bilərsən. Elə universitet seçmək olar ki, təkcə təhsil yox, hətta yaşamaq üçün də pulun qalar. Bəzi Avropa universitetlərində illik təhsil haqqı 5 min avrodur. Bundan aşağıları da var. Hətta elə ölkələr var ki, dövlət universitetlərində təhsil haqqı ya çox aşağıdır, ya da ümumiyyətlə yoxdur. Belə olan halda insan pulunu niyə çölə tökür? DİM-i, özü də Məleykə Abbaszadəni aldatmaq olur? Söhbət Tibb Universitetindən gedir ey, adamın basıb gözünü çıxardarlar.

O pulla müəllim tut uşağın öyrənsin. Yox, uşağın başı boşdursa, onu necə həkim edəssən? Əzraillə ortaq işləyəcəklər? O balanı göndər başı çatdığı yerə uşaq həm təhsil alsın, həm dünyagörüşü qazansın, həm də müstəqil yaşamağı öyrənsin. Rüşvəti də onun yaddaşında həyatın qaydası kimi qalmasın.

Onsuz da valideynlər övladları üçün hər cür fədakarlıq etməyə hazırdırlar. Ev satırlar, kredit götürürlər, borca düşürlər. Amma bəzən ən vacib sualı vermirlər ki, mən uşağıma yaxşı gələcək qururam, yoxsa onun gələn günlərini elə indidən baltalayıram? Rüşvətlə başlayan yolun sonu haradasa ilişəcək.

Mənim 35 min manatım olsaydı, uşağa verib deyərdim ki, balaca bir iş qur özünə, heç başını xarab etmə, gözlərin kor olmasın, sonra da gecə-gündüz çalış pul qazan. Bu daha böyük yaxşılıq olardı. Yenə gəlirik o məsələyə ki, valideynlərin əksəriyyəti uşaqlarının ali təhsil diplomu olmasını hər şeydən çox istəyir.  

Bank adama 1000 manat verəndə 50 yerə imza atdırır. Bunlar 35 min manatı elə-belə verirlər gedir. Pul “batanda” da məhkəmədən haqqını tələb etməklə deyil. Hakim çıxarıb sənə pul verəcək? Adam o pulu yeyib üstündən də enerji içkisi içib. Ən pis vəziyyətdə deyəcək heç nəyim yoxdur, oturacaq həbsxanada. Olan yenə dövlətə olur. Buna yataq ver, yemək ver, hamam təşkil et, asudə vaxtını yaxşı keçirsin və sairə... Dövlətin büdcəsinə yığılan pullar da bizim gündə işlədiyimizə görə, aldığımız maaşlardan toplanan vergilərdi. Yəni həmin 35mini aramızda bölüşdürürük, ta nə edək?

Əziz uşaqlar, hesab edirəm ki, bu çağda siz valideynlərinizdən daha ağıllısınız. Pulla diplom qazanacaqsınıız, amma bu bir işə yaramayacaq. Əlində bir xəstə öləcək, tutub salacaqlar səni o rüşvət alanların yanına. Ya da morqda həkim olmaqdan başqa çarən yoxdur, oradakılara onsuz da olan olub.

Deməli belə, kriminal müxbirimizin əksər yazısı məni “dindən-dondan” çıxardır. Bu da işimizin bir cilvəsi. Elə bilirsiz kef edirik?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri