Icma.az
close
up
RU
35 min səhmdarın diqqətinə: ABB nin mənfəəti 30 mln. manata yaxın azaldı

35 min səhmdarın diqqətinə: ABB nin mənfəəti 30 mln. manata yaxın azaldı

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank ötən ili 293,7 milyon manat xalis mənfəətlə bitirib. Bu isə 2023-cü ilə nisbətən 9% və ya 28,5 mln. manat azdır. Bank 2023-cü ili 322,3 mln. manat xalis mənfəətlə bitirib.

Hesabat dövründə bankın faiz gəlirləri 17,2% artaraq 914,2 milyon manat, faiz xərcləri isə 85% artaraq 249,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 340,2 milyon manata (illik müqayisədə 40,6% çox), qeyri-faiz xərcləri isə 521,1 milyon manata (illik müqayisədə 31,7% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 497,04 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 1% azdır. 

Amma xalis mənfəətdə azalma daha çox məqsədli ehtiyatların kəskin artırılması ilə bağlı olub. Belə ki, Bank kredit risklərini nəzərə alaraq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları bir ildə 48,2 mln. artıraraq 110,65 mln. manata çatdırıb. ABB həmçinin ötən il 74,6 milyon manat mənfəət vergisi ödəyib.

Cari ilin yanvarın 1-nə bankın cəmi aktivləri 0.3% azalaraq 13,63 mlrd. manata enib. Bununla belə ötən il ABB-nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 25%-dən çox artaraq 5,86 mlrd. manata çatıb. 2023-cü ildə bu rəqəm 4,68 mlrd. manat təşkil edib.

Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 11,58 mlrd. manat manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 2,4% azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) isə 2024-cü ildə 10 mlrd. manatı ötüb. Bir ildə ABB-nin əmanət portfeli 6,5% və ya 610 mln. manat artıb. 

2025-ci il yanvar ayının 1-nə ABB-nin cəmi kapitalı isə 1,81 mlrd. manatdan 2,05 mlrd. manata yüksəlib.

Xatırladaq ki, ABB 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 35 minə çatdırıb. Bankın səhmbaşına düşən dividendi 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Bank 2025-ci il üzrə də səhmlərin gəlirliliyin 15% olacağını proqnozlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri