Icma.az
close
up
RU
35 yaşı keçdin iş tapmaq olmur: Səbəb araşdırma

35 yaşı keçdin iş tapmaq olmur: Səbəb araşdırma

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"İqtisadiyyatın şaxələndirilməsi vacibdir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş tapmasında çətinliklərin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: "Əgər iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki, bu da işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun. Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda müvafiq təkana imkan yaratsın".

"İşəgötürənləri qınamaq doğru deyil"

Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru deyil: "Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta statistik 35 yaşlı insanı götürək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii deyilmi?"

"Rəqabətin olduğunu unutmamalıyıq"

Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi məqamlar əslində insanları geri aparır: "Etirazlardan biri odur ki, yaşlı insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır. Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil. İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu unutmamalıdır".

"Ən az məsuliyyət özəl sektor və biznesdədir"

F.Ağayevin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılmasında dövlətin rolu və məsuliyyəti böyükdür: "Hesab edirəm ki, işəgötürənlərin 35 yaş üzərində insanları işə qəbul etmələri üçün stimullaşdırıcı tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilməlidir. Dövlət həm də orta yaş üzərində olan insanların peşə dəyişmə, müasir bazar tələblərinə uyğun olan yeni bilik və bacarıqlara malik olmaları üçün dəstək verməlidir. Bu vəziyyətin yaranmasında ən az məsuliyyət özəl sektor və biznesdədir. Çünki rəqabət gücünü qorumaq və fəaliyyət göstərdiyi bazarda ayaqda qalmaq üçün biznes ona maksimum effektiv formada fayda verəcək insanları işə qəbul etmək istəyir və bu da çox təbii və doğrudur".

Qeyri-bərabər paylanan işçi qüvvəsi

"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirir ki, problem yaşla bağlı deyil. Onun sözlərinə görə, əmək bazarında tələblə təklif arasında olan uyğunsuzluq insanların iş tapmasını çətinləşdirir: "Azərbaycanda işçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər paylanıb. Demək olar ki, iş yerlərinin əksəriyyəti Bakı və Abşeronda cəmləşib. Məsələn, tibbi və pedaqoji heyətin təxminən 63 faizi bu ərazilərdə yaşayır. Ona görə də iri şəhərlərdə iş tapmaq çətindir. Eyni zamanda, Azərbaycanda əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına daxil olanların sayı onu tərk edənlərin sayından daha çoxdur. Əlbəttə, bu, Avropa ölkələrinin qibtə edəcəyi bir məsələdir. Çünki onlarda vəziyyət tam əksinədir, əhali qocalır. Bizdə isə nəsil cavandır. Əmək bazarının ehtiyacları ilə işçi qüvvəsinin sayı arasında fərq var. Bu fərqə görə iş tapmaq bir qədər çətindir. O səbəbdən də işəgötürənlər seçim edirlər".

Peşəkarlara hər zaman iş var

S.Məmmədov vurğulayır ki, əslində, ixtisaslı kadr axtaran işəgötürən işçinin yaşına əhəmiyyət vermədən onu işə qəbul edir: "Düzdür, büdcə təşkilatlarında işləyənlər üçün çalışmanın son yaş həddi 65 nəzərdə tutulub. Bəzi istisna hallarda bu yaş həddi artırıla bilər. Amma 60 yaşdan sonra dövlət orqanlarında işə düzəlmək bir qədər çətindir. Çünki bu yaş pensiyaqabağı dövr sayılır. Özəl sektorda isə belə bir problem yoxdur. Bizdə elə sahələr var ki, onminlərlə vakansiya mövcuddur. Məsələn, tornaçı, qaynaqçı, elektrik-montajçı, ixtisaslı fəhlə peşələri və s. İşəgötürənlər bu sahələr üzrə yüksək maaşla kadr axtarsalar da, tapılmır. Əgər 40 yaşından yuxarı tornaçı varsa, onu zavod niyə işə götürməsin?"

S.Məmmədov həmçinin qeyd edir ki, müvafiq dövlət qurumları iş tapa bilməyən vətəndaşlara dəstək göstərməyə çalışır: "Məsələn, Dövlət Məşğulluq Mərkəzi tərəfindən müəyyən peşəyönümlü kurslar təşkil edilir. Ölkədə özünəməşğulluq proqramları həyata keçirilir. İş tapa bilməyən vətəndaşların aktiv məşğulluğunu təmin etmək üçün addımlar atılır. Lakin buna baxmayaraq, işsizlik həddi yüksək olaraq qalmaqdadır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri