Icma.az
close
up
RU
35 yaşlı kişi “səni mən yox, Allah bağışlasın” deyərək arvadını öldürdü TƏFƏRRÜAT

35 yaşlı kişi “səni mən yox, Allah bağışlasın” deyərək arvadını öldürdü TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonunda 1989-cu il təvəllüdlü Cəlal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elmiranı (adlar şərti göstərilib – red.) qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlal 4 aprel 2014-cü ildən 3 fevral 2021-ci ilədək rəsmi nikah münasibətində olduğu arvadı Elmiranın Abşeron Rayon Məhkəməsinin nikahın pozulması haqqında qətnaməsi ilə azyaşlı uşaqlarına bir ana kimi öz öhdəliklərini yerinə yetirmədiyini və uşaqlarına lazımi qayğı göstərmədiyi qənaətinə gəlib. 
Cəlal dəfələrlə bu zəmində keçmiş arvadı ilə mübahisə edib. Bu barədə növbəti dəfə iradlarını 24 avqust 2021-ci ildə, saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində evin yaxınlığında olarkən yenidən bildirib. 
Elmira ona aqressiv cavab verməsindən və ona qarşı təhqiredici ifadələr işlətməsindən əsəbləşib. 
Cəlal yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Elmiradan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, həmin vaxt üzərində olan cib bıçağı ilə Elmiranın ilkin olaraq ürək və qarın boşluğu nahiyələrinə zərbə vurub. 
Daha sonra Elmiranın yıxılmasına, ətrafda olan şəxslərin müdaxiləsinə, Elmiranın yalvarışlarına, həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlarının “ata eləmə” demələrinə məhəl qoymayıb. 
O, Elmiranın qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə öz ictimai borcunu yerinə yetirib onun törətdiyi cinayət əməlinin qarşısını almaq istəyən Elmiranın anası Fərizəni qəsdən itələyib. 
Cəlal Elmiranı azyaşlı övladlarının gözü qarşısında, həm azyaşlı övladlarına, həm də anası Fərizəyə xüsusi əzab verdiyini dərk edərək onun bədənin müxtəlif nahiyələrindən bıçaqla çoxsaylı zərbələr vurub.
Bu hərəkətləri ilə Cəlal keçmiş arvadını xüsusi amansızlıqla öldürüb. Həmçinin qızının onun tərəfindən öldürülməsinin qarşısını almaq istəyən Fərizəni 1,9 metr hündürlükdən qəsdən itələyərək ona xəsarətlər yetirib. 
Hadisəni törədən Cəlalın barəsində Cinayət Məcəlləsinin  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 2012-ci ildə Elmira ilə rəsmi nikaha daxil olub, həmin nikahdan üç övladı olub: 
“Mən fərdi qaydada usta kimi işləyərək ailəmin dolanışığını təmin etmişəm. Arvadım isə evdar qadın olub, ailədə və evdə yalnız mənim sözü keçib, arvadıma çörək almaq üçün belə çölə çıxmağa icazə verməmişəm. 2020-ci ilin iyun ayında “Snapchat” mobil tətbiqində Elmiranın tanımadığım şəxslərlə yazışması səbəbindən aramızda söz söhbət olub. 
Elmiraya təkidlə bir daha belə hərəkətlərə yol verməməsini bildirdim. Analığı Fərizəyə də Elmiraya mobil telefon hədiyyə etdiyinə görə iradımı bildirdim. Keçmiş arvadım Elmiranın bioloji anası Sevda olub. Lakin Elmira 10 aylığında əmisi arvadı Fərizəyə övladlığa verilib. Elmiranın həm bioloji atası, həm də atalığı ölüb. Bioloji anası Sevda isə oğlu ilə birlikdə Lökbatan qəsəbəsində yaşayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Elmira ilə rəsmi qaydada 2021-ci ilin yanvar ayında boşandıqdan sonra sonuncu üç övladı ilə birlikdə analığı Fərizənin yaşadığı evə köçüb, boşandıqdan sonra məhkəmənin qərarı ilə hər həftənin 6-cı günü övladları onunla qalmalı olsa da, işləri çox olduğu ərəfələrdə övladlarını götürə bilməyib, aradabir övladlarına pay-paltar göndərib: 
“Övladlarıma görə hər ay 390 manat aliment ödəməli olsam da, maddi vəziyyətim zəif olduğuna görə hər ay ödəyə bilməmişəm. Buna görə mənə 10 gün inzibati həbs cəzası da verildi. Elmira ilə aramızda mübahisələr olub. Mübahisə zamanı Elmira məni nalayiq ifadələrlə təhqir edib”. 
Cəlalın ifadəsinə görə, 14 avqust 2021-ci ildə övladlarını götürməyə Fərizənin evinə gedib, qapıda olan zaman Elmiraya uşaqların üçünü də evdən buraxmasına dair SMS yazsa da, övladlarının ikisinin hazır olduğunu, lakin böyük qızının  hazır olmadığını görərək narazılığını bildirib: 
“Elmira və onun analığı Fərizə böyük qızımın mənimlə görüşmək istəmədiyini deyəndən sonra onların övladlarımı mənə qarşı doldurduqlarını anlayaraq onlara əsəbiləşdim. Aramızda yaranmış mübahisə zamanı Fərizə sol gözümü cırmaqladı.
Elmira isə evə keçərək məni nalayiq ifadələrlə təhqir etdi. Həmin vaxt hətta onu bıçaqla yüngül yaraladım. Həmin vaxt əsəbimdən Elmiragilin yaşadığı evin pəncərəsini sındırdım. Bununla bağlı Fərizənin etdiyi şikayət əsasında araşdırma aparıldı”. 
Cəlal qeyd edib ki, avqustun 24-də qonşusu Əlinin evində usta kimi işləyib, saat 17 radələrində işini bitirib küçəyə çıxanda Fərizənin kiçik qızını bağçadan evə gətirdiyini, digər övladlarının da onun yanında olduqlarını görüb: 
“Övladlarım ilə görüşdüm. Ən kiçiyini isə öpüb-qucaqladım. Fərizəyə “5 saatdır ki, uşaqlar evdə təkdir, qapını bağlayıb getmisiz” deyə iradımı bildirdim.
Fərizə məni nalayiq ifadələrlə təhqir etdi. Mən də cavabımda Fərizəyə qarşı nalayiq ifadələr işlətdım. Daha sonra usta kimi işlədiyi evə tərəf gedərək çönüb arxaya baxdıqda Fərizənin yenə əlini qaldırıb məni nalayiq ifadələrlə təhqir etdiyini müşahidə etdim.
Həmin vaxt keçmiş arvadım Elmiranın gəldiyini gördüm. Ona yaxınlaşaraq “hardasan bu vaxtacan, uşaqları tək qoyub getmisən?” deyə açıqlandım. Elmira “uşaqlar mənimdi, nə istəyirəm edirəm” deyə cavab verdi. Elmiranın haradasa kompüter müəllimi kimi işlədiyini bildiyimdən ona işləməsini istəmədiyimi bildirdim, sağ əlim ilə boğazından sıxdım”. 
Cəlalın ifadəsinə görə, daha sonra Fərizə onların yanına gələrək onu nalayiq ifadələrlə təhqir edib, mübahisəni qonşuları Ramil və Seymur da görüb: 
“Mən Elmiranı itələyəndən sonra ayağım sürüşərək yerə yıxıldım. Daha sonra ayağa qalxaraq Fərizənin yanına getdim. Bundan sonra Fərizə və Elmira məni nalayiq ifadələrlə təhqir etməyə davam etdilər. Mən dərhal Elmiraya tərəf qaçaraq özüm ilə gətirdiyim bıçaqla 2 dəfə ürək nahiyyəsindən və qarın boşluğundan zərbə endirdim.
Bu vaxt Seymur adlı qonşu yaxınlaşaraq məni sakitləşdirməyə çalışsa da, mən Seymuru da əlim ilə itələdim. Bu zaman Seymur yerə yıxıldı. Seymura “Kərbəlayı, çəkil qırağa, bu sənlik deyil” deyə acıqlandım. Bunu görən Fərizə əli ilə məni itələdi. Mən orada olan səkidən yerə yıxıldım. Daha sonra yıxıldığım yerdən qalxaraq Elmiranın yerdə qarnı üzərində uzanaqlı vəziyyətdə və köynəyində qan ləkələrinin olduğunu gördüm.
Yaxınlaşaraq Elmiranın kürək nahiyəsinə bıçaqla zərbələr endirməyə başladım. Orada olan böyük qızım “bəs biz nə olacağıq, anamı vurma, anamı öldürmə” dedi. Ortancıl oğlum isə “ay ata eləmə” deyə təkrarladı. Elmira yerdə olan zaman mənə tərəf dönərək “Cəlal, məni balalarıma bağışla” deyə yalvardı. 
Cavabımda isə ona “səni mən yox, Allah bağışlasın” deyərək əlimi ondan çəkərək işlədiyim evin həyətində əlimin və bıçağın qanını yudum. 
Daha sonra yaşadığım evə gedərək anam ilə vidalaşdım. Anama  Elmiranı bıçaqla vurduğumu bildirməklə qardaşımdan məni qəsəbədə olan polis bölməsinə aparmasını xahiş etdım. Təxminən 10-15 dəqiqədən sonra polis bölməsinə gələrək orada törətdiyim cinayəti etiraf etməklə könüllü təslim oldum, cinayət aləti olan bıçağı təhvil verdim.
Hadisəni törətdikdən sonra oranı tərk etdiyim  zaman Fəridə yuxarıda səkidə ayaq üstə olub”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Cəlal 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Məhkum edilmiş Cəlal bu il apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı vəsatət versə də, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun vəsatəti təmin edilməyib. 
Bu qərardan narazı qalan Cəlal apellyasiya şikayəti verib. Məhkum edilmiş şəxs apellyasiya şikayətinin dəlilə əlaqədar qeyd edib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli hökmünü aldığı müddət ərzində ağır pisxoloji sarsıntı keçirib, səhhətində ciddi pozuntular olmaqla uşaqlarının qəyyumluq məsələləri ilə əlaqədar məhkəmə iclaslarına başı qarışdığı, həmçinin hüquqi müraciət qaydalarını bilməməsi səbəbindən prosessual müddəti ötürüb.
Ona görə də barəsindəki hökmdən apellyasiya şikayətinin veriməsi müddətinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxan hakimlər heyəti sonda qərar elan ediblər. 
Qərara görə, şikayət təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see188

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see173

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see165

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see157

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see150

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see138

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see137

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see136

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see133

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see130

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see130

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see121

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see120

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see119

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see119

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri