Icma.az
close
up
RU
35 yaşlı qadın parkda dincələn həmcinsinə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

35 yaşlı qadın parkda dincələn həmcinsinə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Yasamal rayonunda iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyulun 11-də rayonunun M.Xiyabani küçəsi 10 ünvanında yerləşən parkda baş verib. 
Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Xumar həmin ərazisində yerləşən parkda istirahət edən Qənirəyə (adlar şərtidir – red.) yaxınlaşıb və guya azyaşlı uşağının onun  tərəfindən döyülməsini bəhanə edib, onunla mübahisə yaradıb. 
Bu zaman o, bir dəfə təpiklə Qənirənin arxa tərəfindən vuraraq yerə yıxıb. Nəticədə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Xumarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, xadimə işləyir: 
“Mənim iki oğlan, biri qız olmaqla, üç övladım var və övladlarımı tək böyüdürəm. Zərərçəkmiş şəxs mənim qonşumdur. Hadisə günü, axşam saatlarında işdən evə qayıdan zaman qonşumuz Almaz zəng etdi və Qənirənin yaxınlıqda yerləşən parkda qızımı vurduğunu bildirdi. Mən isə dərhal həmin yerə doğru gəldiyimi bildirdim. Bir qədər sonra həmin parka gəldim. Oradakı uşaqlardan birindən burada nə baş verdiyini soruşdum. 
Vüqar adlı bir uşaq futbol oynadıqları zaman topun Qənirəyə dəydiyini, Qənirənin də onları söyməyə başladığını və qızım İlhaməyə əli ilə şillə vurduğunu bildirdi. Bundan sonra qızımın üz nahiyyəsinin bir tərəfinin qızardığı gördüm və əsəbiləşərək parkda Qənirənin yanına getdim. Ona “sən kimsən ki, mənim uşağıma vurursan” dedim və onu itələdim. Bundan sonra Qənirə arxa-arxaya getdi və ayaqları bir-birinə ilişərək yıxıldı. Bundan sonra ona köməklik etməyərək oradan getdim. Qızımı vurduğu üçün Qənirəni itələmişəm. Amma ona təpik vurmamışam”.
İş üzrə zərərçəkmiş Qənirənin sözlərinə görə, hadisə günü axşam saatlarında parkdan evə qayıdan zaman qonşusu Xumar ona yaxınlaşıb və üzünə şillə vurub: 
“Xumardan mənə niyə şillə vurduğunu soruşdum. O, uşaqlarını döydüyümü bildirdi. Ona uşaqlarına əlimi də vurmadığımı bildirsəm də, məni itələdi. Xumar məni itələdiyi üçün yerə yıxıldım. Həmin vaxt yerdə olan zaman ayağıma təpiklə vurdu. Bundan sonra Xumar oradan uzaqlaşaraq getdi. Həmin vaxt yoldan keçən iki nəfər tanımadığım oğlan məni yerdən qaldıraraq evə apardılar. Xumarın mənə yetirdiyi xəsarətlər nəticəsində ayağım sınıb, 1 il 8 ay ərzində gəzə bilməmişəm. Xumarın uşaqlarını vurmamışam. Ümumiyyətlə, onun uşaqlarını tanımıram”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində yaşayış yerini saat 00:00-dan saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Bundan əlavə təqsirləndirilən şəxsə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Müəyyən edilmiş müddət ərzində onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri