35 yaşlı taksi sürücüsü qəzada öldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rəhim Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü 1991-ci il təvəllüdlü R.Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Avtomobildə olan daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Astara rayonunun Şiyəkəran kənd sakini olan Rəhim Hüseynov 3 uşaq atası olub və taksi sürücüsü kimi fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 Mart 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















