Icma.az
close
up
RU
36 il əvvəl bu gün Gəncədə sovet ordusunun qarşısı NECƏ ALINDI? VİDEO

36 il əvvəl bu gün Gəncədə sovet ordusunun qarşısı NECƏ ALINDI? VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1990-cı ilin yanvar ayı Azərbaycan tarixində milli azadlıq mübarizəsinin ən gərgin və taleyüklü mərhələlərindən biri kimi yadda qalıb.

Bakıda törədilən 20 Yanvar faciəsindən sonra respublikanın digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbləşmişdi.

Xalq arasında azadlıq, suverenlik və ədalət tələbləri güclənmiş, sovet imperiyasının zorakı siyasətinə qarşı etirazlar kütləvi xarakter almışdı. Həmin hadisələrin canlı şahidlərinin sözlərinə görə, o zaman gəncəlilər indiki Gəncə şəhər icra hakimiyyəti (o vaxtlar Gəncə şəhər partiya komitəsinin binasının) qarşısına toplaşaraq Sovet ordusunun Bakıda və digər regionlarda törətdiyi qətliamları şiddətlə qınamaq və öz narazılıqlarını bildirmək üçün meydana toplaşmışdılar.

Şəhərdə baş verən proseslər, ordunun yeridilməsi və yaranmış gərgin vəziyyət yerli idarəetmə orqanlarını son dərəcə mürəkkəb siyasi və mənəvi məsuliyyət qarşısında qoymuşdu. Gəncə ictimaiyyəti bu hadisələri Azərbaycan xalqına qarşı yönəlmiş təzyiq siyasətinin tərkib hissəsi kimi dəyərləndirirdi. 
Gəncəyə hücum əmri
1990-cı il yanvarın 22-də SSRİ Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrin Gəncə şəhərinə tanklar və zirehli texnika ilə yeritməsi ilə bağlı göstəriş almışdı. Hərbi texnika şəhərin əsas giriş yollarında, strateji obyektlər və inzibati binalar ətrafında yerləşdirilmişdi.
Həmin hadisələr baş verəndə mənim 16 yaşım var idi. Böyük bir siyasi dönəmin olduğunu o qədər də yaxşı dərk etməsəm də, Gəncənin mərkəzində sovet rejiminə, Bakıda yanvarın 20-də dinc əhaliyə qarşı qətliamına öz etirazını bildirən gəncəlilər xatirimdədir.
Bu günlərdə sosial şəbəkələrdən birində süni intelekt vasitəsilə həmin anları xatırladan video görüntülər məni o anlara apardı. Həmin yaşananları sanki bir daha gözlərimin önünə gətirdi.
1990-cı ilin yanvarında Gəncə adi bir şəhər deyildi. O günlərdə Gəncə susqun, amma içindən qaynayan bir vulkana bənzəyirdi. Bakıdan gələn qanlı xəbərlər insanların ürəyinə qorxu yox, qəzəb və iztirab salmışdı. Küçələrdə pıçıltı ilə səsləndirilən bir cümlə dolaşırdı:
“Ordu gəlir”
Həmin günlərin canlı şahidi olan, meydanda Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq istəyənlərdən biri də yazıçı, Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli idi. O həmin günləri belə xatırlayır:
“Həmin günlər çox gərgin və ağır idi. Azərbaycan xalqı artıq öz azadlığı və müstəqilliyi üçün mücadiləyə qalxmışdı. Bakıda Yanvarın 20-də başdan ayağa silahlanan rus ordusu tanklarla dinc xalqa qarşı qətliam törətdi. 147 nəfər şəhid oldu, 600-dən artıq həmvətənlimiz müxtəlif dərəcəli xəsarətlər aldılar, 800-dən çox adamı qanunsuz həbs etdilər.
Bu dəhşətli anları o zamanlar biz gəncəlilər də çox böyük ürək ağrısı ilə yaşadıq. Minlərlə şəhər sakini meydana toplaşdıq.
Orda ziyalılar da var idi, sıravi insanlar da...
Həmin vaxt hamının gözündə sovet rejiminə nifrət, ürəyində kin var idi. O vaxt biz meydanda olanda xəbər gəldi ki, SSRİ Müdafiə Nazirliyi Gəncəyə də tankların və əlavə ordunun yeridilməsi ilə bağlı göstəriş verib. Həmin dövrdə Gəncə şəhər partiya komitəsinin birinci katibi vəzifəsini Süleyman Məmmədov icra edirdi. O mitinqçilər qarşısında çıxış edərək rus tanklarının şəhərə girməyəcəyini dedi”.
Bu hadisələrlə bağlı həmin dövrdə Gəncədə Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmış Hacı Məmmədov televiziyaların birinə müsahibəsi zamanı bunları demişdi:
"Süleyman Məmmədovun köməkliyi ilə rus qoşunlarının komandanı ilə əlaqə saxladıq. Süleyman müəllim komandanın qarşısında Cavad xanın sözlərini dedi: "Siz Gəncəyə mənim meyitimin üstündən keçə bilərsiniz". Doğrudan da, qoşun yeridilmədi. Lakin səhəri gün bizə zəng gəldi ki, tanklar 38-ci hərbi hissənin qarşısında dayanıblar. Gəncəlilərin hərbi hissənin qarşısında müqavimət göstərməsi, eyni vaxtda rus qoşunlarının komandanı ilə aparılan danışıqlar Gəncə faciənin baş verməsinin qarşısını aldı”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri