Icma.az
close
up
RU
36 yaşında həyatdan ayrılmışdı: Şahzadə Diananın son anları üzə çıxdı

36 yaşında həyatdan ayrılmışdı: Şahzadə Diananın son anları üzə çıxdı

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahzadə Diana 28 il əvvəl bu gün avtomobil qəzasında həyatını itirdi. Həmin gecə hadisə yerinə ilk çatan təcili yardım əməkdaşlarından Xavier Gourmelon, şahzadənin son anlarında baş verənləri danışıb.


Sherg.az xəbər verir ki, Şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə baş verən qəzada, 36 yaşında həyatını itirib. Avtomobili idarə edən sürücü Anri Pol və yanındakı dostu Dodi Fayed də qəza nəticəsində həlak olublar. Maşın Fransanın paytaxtı Parisdə, Pont de l'Alma tunelində qəzaya uğradıqdan sonra təcili yardım xidmətləri hadisə yerinə sürətlə çatıb.


Hadisə yerinə ilk çatanlardan biri də yanğınsöndürən Xavier Gourmelon olub. Diananı ilk gördüyündə onun kim olduğunu bilməyən Gourmelon, arxa oturacaqda əyləşmiş “sarı saçlı qadının” şüurunun açıq olduğunu və danışa bildiyini deyib.

Xilasetmə işləri başlamadan əvvəl Diananın əlini tutaraq ona sakit olmasını söyləyən Gourmelon, bir neçə saniyə sonra şahzadənin ürək tutması keçirdiyini bildirib.


Gourmelon “The Sun” qəzetinə verdiyi müsahibədə o anları belə təsvir edib:

“Ürəyinə masaj etməyə başladım və bir neçə saniyə içində yenidən nəfəs aldı. Ambulansa daşınanda hələ sağ idi, amma xəstəxanada həyatdan ayrıldı. Bu məni çox sarsıtdı. O gecə baş verənlər hələ də yadımdan çıxmır.”

Parisdəki xəstəxanaya aparılan Diana bütün cəhdlərə baxmayaraq səhərə yaxın dünyasını dəyişdi.


Şahzadə Diananın ölümü dünyada milyonlarla insana dərin təsir göstərdi. On minlərlə insan Londondakı evi - Kensington Sarayının önündə toplaşaraq gül dəstələri qoydu, göz yaşı tökdü.


Tarixçi Ed Ovens, Diananın cəmiyyət üzərindəki təsirini belə ifadə etmişdi:


“Onu bir gecədə itirmək, üstəlik bu qədər gənc yaşda, belə faciəli şəkildə… Çox insan üçün bu həqiqətən böyük bir şok idi.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Avqust 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri