Icma.az
close
up
RU
Menu

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə...

36 yaşlı kişi əvvəl qardaşı arvadına xəsarət yetirdi, sonra isə...

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Füzuli rayonunda 36 yaşlı oğlan arvadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 1989-cu il təvəllüdlü Sadiq Qafarov kənddə yerləşən evinə spirtli içki qəbulu nəticəsində sərxoş halda gəlib. 
O, həyat yoldaşı Təhminədən (ad-soyad şərtidir – red.) çay istəyib. Təqsirləndirilən şəxs sərxoş olmasından əsəbləşən zərərçəkmiş şəxs acıqlı şəkildə ona cavab verən zaman tərəflər arasında mübahisə yaranıb. 
Ailə münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən yumruqla qadının dodaq nahiyəsinə bir zərbə və sol yanaq nahiyəsinə bir zərbə vurub. 
Hadisəni törədən S. Qafarovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, törətdiyi cinayət əməlindən səmimi peşman olub. O, Təhminə ilə barışıq əldə etməsi, himayəsində dörd uşağının olması və 3-cü qrup gözdən əlil olmasını nəzərə alınmasını istəyib. 
Bu cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S. Qafarova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulub.
Onun üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Cəzanın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.
Qeyd edək ki, S. Qafarov bundan əvvəldə iki dəfə məhkum olunub. O, ilk dəfə 2022-ci ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə edilib. Həmin dövrdə zərərçəkmiş şəxslə barışdığı üçün barəsində olan cinayət təqibinə xitam verilib. 
Bundan sonra o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan
istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Füzuli Rayon Məhkəməsinin hökmü ilə S. Qafarova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilib, həmin məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Füzuli rayon İcra və Probasiya Şöbəsinin 20 may 2025-ci il tarixli 87 saylı məktubuna əsasən müəyyən edilib ki, təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 9 ay 15 gün təşkil edib.
Həmin ittihamdan da məlum olub ki, S. Qafarov həmin hadisə zamanı isə qardaşı arvadına xəsarət yetirib. Həmin hadisə 16 avqust 2024-cü ildə baş verib. O, yaşadığı evin həyətində qardaşı arvadı Samirənin mobil telefonla sifət nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 
Daha sonra saçından tutaraq dartıb, yumruq və təpiklə qəsdən zərbələr vurması nəticəsində ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Bu iş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, Füzuli rayonunun kəndində yerləşən, yaşadıqları həyətyanı torpaq sahəsində üç sayda yaşayış evləri mövcuddur: “Həmin evlərin birində mən, arvadım Təhminə və uşaqlarım, birində qardaşım Zakir, arvadı Samirə və uşaqları, digərində isə anam Səmayə yaşamışıq. Əvvəllər mənimlə Samirə arasında normal münasibət olub. Əvvəllər dəfələrlə anam ilə Samirə arasında müxtəlif səbəblərdən mübahisələr olub. Buna görə də anam ilə aralarında mübahisəli vəziyyət yaranarkən anam ilə mübahisə etməməsi üçün onun yaşadığım evə, arvadımın yanına getməsini, orada mənim gəlməyimə qədər gözləməsini xahiş etdim. Yaşadığım evə gəldikdən sonra anamı sakitləşdirəcəyimə dair vəd verdim”. 
Məhkum qeyd edib ki, buna baxmayaraq, 16 avqust 2024-cü ildə, saat 16 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində xalası Nazilənin yaşadığı evdə fəhlə işləyərkən arvadının da gördüyü və eşitdiyi şəraitdə Təhminə onun istifadə etdiyi mobil nömrəyə zəng edib və onunla danışarkən anasının ünvanına nalayiq sözlər deyib, ondan anasına sahib çıxmasını tələb edib: “Buna görə də saat 19 radələrində yaşadığım kənddə çayxanada olmuş qardaşım Zakirin istifadəsində olan mobil nömrəyə zəng etdim və ona yaşadığımız evə gəlməsini tapşırdıqdan sonra özümdə gəldim. Həmin vaxt anam işdə olub, arvadım isə həyətdə olub. Həyətdə olarkən arvadımın yanında Təhminədən qardaşımla anamın ünvanına nalayiq sözlər demələrinin səbəbini soruşdum. Təhminə cavabında özünün və qardaşımın ünvanına anam tərəfindən nalayiq sözlər deyilməsinə görə haqlı olaraq onun ünvanına nalayiq sözlər dediyini bildirdi. Təhminənin mənimlə mobil telefonla danışarkən anamın ünvanına nalayiq sözlər deməsindən və yaşadığımız həyətdə olarkən həmin sözləri haqlı olaraq deməsini təsdiq etməsindən əsəbiləşdim. Buna görə Təhminənin ünvanına nalayiq söz dedim. Onun mobil telefonla sifətinə bir dəfə zərbə vurdum, saçından dartdım, yumruq və təpiklə zərbələr vurmaqla müxtəlif xəsarətlər yetirdim. Həmin vaxt Təhminə sol qolumu dişlədi. Arvadım məni və Təhminəni bir-birimizdən aralaşdırdıqdan sonra qonşularımız Ləman və Gülcahan, onların gəlinləri səs-küyə həyətimizə gəldilər. Onlar Təhminənin burnundan qan axdığını, sonunla bir-birimizin ünvanına nalayiq sözlər deyərək mübahisə etdiyimizi gördülər. Onlar bizi sakitləşdirdilər”. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Avqust 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see159

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see152

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir

12 Noyabr 2025 08:26see124

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri