37 Hindistan bayraqlı gəmi və 1109 ekipaj Hörmüzdə ilişib qalıb
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaxın Şərqdəki münaqişə səbəbindən Hindistan bayrağı altında üzən ən azı 37 gəmi və 1 109 ekipaj üzvü Hörmüz boğazı yaxınlığında ilişib qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan Milli Gəmi Sahibləri Assosiasiyası məlumat verib və hökuməti vəziyyətə müdaxilə etməyə çağırıb.
Assosiasiyanın açıqlamasında deyilir:
“Bildiyimizə görə, regionda ölkənin ehtiyaclarına xidmət edən Hindistan bayrağı altında təxminən 37 gəmi var. Onlardan bəziləri yüklənməni gözləyir, digərləri isə artıq yüklənmiş vəziyyətdədir. Bu gəmilər Hörmüz boğazının hər iki tərəfində yerləşir. Hindistan gəmilərinin göyərtəsində hindistanlı dənizçilər var.”
Gəmi sahibləri əlavə ediblər:
“Biz Hindistan hökumətindən xahiş edirik ki, Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün kömək etsin.”
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 05 Mart 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















