Icma.az
close
up
RU
37 ölkənin İsrailə qarşı “dəniz döyüşü” başa çatdı Kim qalib gəldi?

37 ölkənin İsrailə qarşı “dəniz döyüşü” başa çatdı Kim qalib gəldi?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Qəzzaya humanitar yardım aparan Sumud donanması İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb. Məlumata görə, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət donanma Qəzza zolağından 130-150 kilometr aralıda dayandırılıb və fəalları girov götürülüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.

Qəzza ətrafında nələr baş verir? Gəmi gərginliyinin nəticəsi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu günlərdə Qəzzada baş verən proseslər dünyanın diqqətindədir:

ABŞ Prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahunun görüşündən sonra Ağ Evin atəşkəs planı açıqlandı. Bu istiqamətdə işlər gedərkən yeni bir hadisə baş verdi. Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrail qüvvələri tərəfindən saxlanıldı. Təbii ki, bu gözlənilirdi.

Donanma yola çıxmazdan əvvəl İsrail bildirmişdi ki, donanmanın yaxınlaşmasına icazə verməyəcək, gəmi ya geri qaytarılacaq, ya da saxlanılacaq. Buna baxmayaraq, donanma irəliləməyə davam etdi. Onun əsas məqsədi Qəzzaya humanitar yardımları çatdırmaq və dünyaya oradakı vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərmək idi. Gözlənilən kimi, İsrail hərbçiləri donanmanı Qəzzaya yaxınlaşmadan saxladılar və gəminin qarşısını aldılar. Heyətin İsrail tərəfindən saxlanılması barədə fikirlər səslənir. Təbii ki, bu missiya tam yerinə yetirilmədi.

Əlimusa İbrahimov

Türkiyə başda olmaqla bir çox ölkə rəsmi bəyanatlarla etirazını bildirdi. Amma İsrailin buna əməl edəcəyi şübhə doğurur. Daha əvvəl də İsrail ciddi pozuntulara yol verib, hətta BMT-nin xəbərdarlıqlarına da məhəl qoymayıb. Donanma tam olaraq məqsədinə nail olmadı, demək olmaz. Humanitar yardımın çatdırılmasında faktiki problemlər olsa da, məsələ dünya ictimaiyyətinə çatdırıldı və ciddi rezonans yaratdı”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri