374 tarixi əsər ələ keçirildi, 12 nəfər saxlanılıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İstanbulda tarixi-mədəni irsin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb, 374 ədəd tarixi əsər və müxtəlif obyektlər ələ keçirilib.
Modern.az xəbər verir ki, İstanbul İl Emniyyət Müdirliyinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Maltepe və Beykoz rayonlarında müəyyən edilən iki ünvanda əməliyyat keçirib.
Məlumata görə, əməliyyatlar zamanı Səlcuqlu və Osmanlı dövrlərinə aid tikililərdə istifadə olunduğu ehtimal edilən 41 ədəd kran qrupu, Antik Yunan, Roma və Bizans dövrlərinə aid 17 sikkə, Osmanlı dövrünə aid 15 padşah fərmanı, 13 Tophane işi fincan və altlıq, 9 sürahi və manqal, 8 ikon və 8 tarixi ibrik aşkar edilib.
Bundan əlavə, 6 əl yazması sənəd, 5 bişmiş torpaq çıraq, 5 çini plitə parçası, XIX əsrə aid 4 yağlı boya tablo, 2 Uşaq xalçası, yeniçərilərə aid olduğu ehtimal edilən 1 yatağan, 2 “Ənvəriyyə” tipli xəncər, 1 amfora, 2 xətt lövhəsi, həmçinin lülədaşı və digər müxtəlif əşyalar da müsadirə olunub.
Bildirilib ki, aşkar edilən eksponatlar İstanbul Türk və İslam Əsərləri Muzeyi, İstanbul Arxeologiya Muzeyləri və Ayasofya Tarixi Muzeyinə təhvil veriləcək.
Əməliyyat çərçivəsində saxlanılan 12 nəfər barəsində hüquqi prosedurlar başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Aprel 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















