38 yaşlı qadın iynə vurulduqdan sonra öldü
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.
Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Baxış sayı:93
Bu xəbər 16 Mart 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















