38 yaşlı Serxio Ramos karyerasını bu klubda davam etdirəcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəz müdafiəçisi Serxio Ramos karyerasını "Boka Xuniors"da davam etdirə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, Argentina klubu 38 yaşlı ispaniyalını yanvarda heyətinə qatmağa çalışacaq. "Boka Xuniors"un prezidenti Xuan Rikelme şəxsən Ramosla telefon danışığı aparacaq.
Xatırladaq ki, Ramosun son klubu futbolçunun peşəkar karyerasına başladığı "Sevilya" olub. 38 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi doğma komandasına qayıdıb.
Daha əvvəl müdafiəçi "Real Madrid" və Fransanın Paris Saint-Germain klublarında da çıxış edib.
Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















