Icma.az
close
up
RU
​39 ölkəyə qoyulan qadağa ləğv edildi Trampın qərarına ağır zərbə

​39 ölkəyə qoyulan qadağa ləğv edildi Trampın qərarına ağır zərbə

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton Federal Məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının qanuni immiqrasiya ilə bağlı tətbiq etdiyi sərt məhdudiyyətləri bloklayıb. Sözügedən məhdudiyyətlər 2025-ci ilin noyabrında Milli Qvardiya hərbçilərinə qarşı törədilən silahlı hücumdan sonra qüvvəyə minmişdi.

"AzPolitika" xəbər verir ki, Kolumbiya dairəsinin dairə hakimi Con Makkonnel iyunun 5-də verdiyi qərarda Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqin 39 ölkəsinin vətəndaşları üçün sığınacaq alınması, iş icazələri və "Green Card" (yaşıl kart) qaydalarının sərtləşdirilməsini qanunsuz hesab edib.

Hakim Makkonnel öz qərarında qeyd edib ki, Ağ Evin həyata keçirdiyi bu məhdudlaşdırıcı immiqrasiya siyasəti hazırda Birləşmiş Ştatlarda yaşayan saysız-hesabsız immiqrantın həyatını qeyri-müəyyən hüquqi vəziyyətə salıb.

Məhkəmənin gəldiyi qənaətə görə, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) ölkədəki anti-immiqrant əhvali-ruhiyyəsini və qərəzli yanaşmaları gizlətmək məqsədilə milli təhlükəsizlik amilindən uydurma bəhanə kimi istifadə edib. Hakim Makkonnel vurğulayıb ki, tətbiq edilən bu radikal tədbirlər səbəbindən minlərlə insan sırf doğulduqları məkana (ölkəyə) görə artıq yarım ildir ki, hüquqi statusdan və iş yerlərindən məhrum vəziyyətdə qalıb.

Xatırladaq ki, Tramp administrasiyasının bu qərarının ləğv edilməsi tələbi ilə məhkəmə iddiası cari ilin mart ayında miqrantlara yardım göstərən hüquq-müdafiə təşkilatlarının koalisiyası tərəfindən qaldırılmışdı.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) 2025-ci ilin dekabr ayının əvvəlində - Vaşinqtonda, Ağ Evin cəmi bir neçə məhəlləliyində ABŞ Milli Qvardiyasının döyüşçülərinə atəş açılmasından dərhal sonra ilk mərhələdə 19 ölkə vətəndaşının immiqrasiya sorğularına baxılmasını dayandırmışdı. Sonradan bu siyahı genişləndirilərək 39 ölkəyə çatdırılmışdı.

Sözügedən qanlı hücumda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ / CIA) ilə müqavilə əsasında hərbi hazırlıq keçmiş Əfqanıstan vətəndaşı Rəhmanulla Lakanvala ittiham olunur. Müstəntiqlərin rəyinə görə, Lakanvala MKİ tərəfindən dəstəklənən xüsusi bölmənin tərkibində yer alıb. O, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra "Taliban"ın repressiyalarından qorxan on minlərlə digər əfqanla birlikdə Birləşmiş Ştatlara köçüb.

Hazırda barəsində həbs qətimkan tədbiri seçilən və məhkəmə prosesini gözləyən Rəhmanulla Lakanvala öz təqsirini boynuna almır.

Ekspertlər federal məhkəmənin bu son qərarını Tramp administrasiyasının daxili və miqrasiya siyasətinə gərgin seçki ili ərəfəsində vurulmuş ciddi hüquqi zərbə kimi qiymətləndirirlər.

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri