Icma.az
close
up
RU
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında

4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“AQA Şirkətlər Qrupu” QSC və Dəmirçi Qafar Aydın oğlu barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə  hazırlıq iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “AQA Şirkətlər Qrupu” və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Məmmədova Ulduz Mənsur qızı ilə Sadıqov Rəşad Nizami oğlu tərəfindən qaldırılıb.
Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu” QSC-nin vitse prezidentidir. O bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 000 manat olan “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. “AQA Şirkətlər Qrupu”nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"),  İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri)  sahələrində də fəaliyyət göstərir.
Aydın Dəmirçinin oğlu olan Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən “AGA Group” şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək “Yotube” sosial şəbəkəsində paylaşır.
Qafar Dəmirçi həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə “Baku Tri Klub”u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri