4 gün meteor yağışı olacaq Azərbaycandan da izlənəcək… KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir”.
KONKRET.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.
Bildirilib ki, Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.
2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















