4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenidən tərtibatı və təkmilləşdirilmiş formada çapı illərdir yubanır. Hələ 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən lüğətin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanıldığı, həmçinin təkmilləşdirilmiş formada yeni lüğətin çap olunması nəzərdə tutulmuşdu. Amma 4 il keçməsinə baxmayaraq bu məsələ ilə bağlı yenilik yoxdu.
Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, Orfoqrafiya lüğəti bu ilin plannındadır və çap olunacaq:
“Bu çox böyük məsələdir. Lüğət ictimai müzakirəyə verilməyəcək və institut daxilində müzakirə olunacaq. Bu il çap olunacaq, amma belə tələm-tələsik olmaz.
Çünki cənab Prezidentin noyabrın 3-də Dilçilik İnstitutununda görüşündə, yanvarın 5-də milli televiziyalara verdiyi müsahibəsində bəzi məsələlər oldu ki, biz onlara daha diqqətlə yanaşmalıyıq. Orada ola bilər ki, artıq sözlər var və onları çıxdaş edəcəyik, yenidən baxıb tənzimləyəcəyik”, - deyə Nadir Məmmədli əlavə edib.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 13 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















